Beynəlxalq Xəstə Mərkəzi
Beynəlxalq Xəstə Mərkəzi Xidmətləri
İstanbulun fərqli zonalarındakı təsislər arasında şəbəkə qurarkən Memorial Sağlamlıq Qrupu (MSQ), beynəlxalq xəstə işini qurma prosesini də həyata keçirir. Beynəlxalq xəstə mərkəzi xidmətlərinə aşağıdakılar daxildir: 
- Memorial həkimləri tərəfindən başlanğıc araşdırma, diaqnoz qiymətləndirməsi və məsləhətlər
- Bütün tibbi görüşlərin nizamlanması
- Qəbul proseslərinin koordinasiya edilməsi
- Gözlənən müalicə üçün xərc təxminləri
- Hava limanında qarşılama/gətirmə xidmətləri
- İngiliscə danışan personal və dil tərcüməsi
- Xəstə və ailəsi üçün qalma və daşıma işlərinin təşkilatı
- Prosesləri qüsursuz şəkildə yerinə yetirmək üçün "Beynəlxalq Xəstə Masası"
- Xəstə yaxınlarının xahişi ilə, Memorial Qonaq Evi xidmətlərinin təşkil edilməsi
- İstəyə görə digər xidmətlər
Niyə Memorial Sağlamlıq Qrupu?
Memorial Sağlamlıq Qrupu beynəlxalq qəbul edilmiş standartlara uyğun işləyir.
- Memorial, JCI səlahiyyət sertifikatını alan və yeniləyən Türkiyədəki ilk sağlamlıq təşkilatıdır. JCI, bütün ölkələrdə beynəlxalq standartları müəyyən edən və bu standartlara uyğun təşkilatlara sertifikat verən bir quruluşdur. Memorial Sağlamlıq Qrupu quruluş mərhələsində JCI-yə müraciət etmiş və 2002-ci ildə dünya səviyyəsində istənən dərəcəni əldə etmişdir.
- Memorial həmçinin Amerikan Xəstəxana Birliyinin (AHA) üzvüdür.
- Memorial, ISO 9001 və TS-EN-ISO 9001 adlı keyfiyyət idarə sistemi sertifikatlarına malikdir.
- Genişlənmə layihələrindən başqa (İstanbulda 2007-ci ilin ortalarında açılan bir əlavə xəstəxana və İstanbulda 2007-ci ilin ilk kvartalında açılan bir əlavə gündəlik əməliyyat mərkəzi) Memorial Sağlamlıq Qrupu, ana Xəstəxana Kompleksini, İstanbulun müxtəlif rayonlarının ətrafındakı kiçik xəstəxanalarla dəstəklənən Təkmilləşdirmə Mərkəzinə çevirmək niyyətindədir.
Memorial Sağlamlıq Qrupu, sağlamlıq sektorundakı yenilikləri ilə hər zaman müasirliyini qoruyur.
- Xəstəxana texnologiyası nöqteyi-nəzərindən Memorial Sağlamlıq Qrupu ən üst və bütün dünyada qəbul edilmiş, Siemens, GE və Philips kimi şirkətlərin tibbi və diaqnostik təchizatları ilə işləyir.
- Memorial Xəstəxanasının Radiologiya Departamenti, yüksək keyfiyyətli xidmətləri göstərmək məqsədilə texnolojik cihazlarla təchiz edilsə də, Memorial Sağlamlıq Qrupu, ən son texnologiyaya malik olmaq üçün radiologiya departamentini tamamən yeniləmək üçün investisiya ayırmışdır. Memorial, 2007-ci ilin Yanvar ayında, yeni 1,5 Tesla MRI, ultrasonoqrafiya, dijital fluoroskopiya, angioqrafiya, dijital mammoqrafiya cihazları daxil olmaq üzrə, digər bütün yeni radiologiya təchizatları ilə birlikdə, 64-parçalı CT cihazına və Rəsm Arxiv və Rabitə Sisteminə (PACS) malik olacaqdır.
Memorial Sağlamlıq Qrupu, Türkiyədəki bir çox departamenti ilə qabaqcıl bir tibbi mərkəzdir.
Memorial və həkimləri, 6 illik qısa tarixlərində, sahələrində bir çox ilk nailiyyətləri əldə etmişlər. 
- Memorial Sağlamlıq Qrupunun kardiologiya, ürək-damar əməliyyatı, sınaq borusu ilə uşaq və orqan nəqli sahələri, diaqnoz və müalicə proseslərindəki professional heyəti və yüksək səviyyəli texnologiyası ilə Türkiyədə bir lider səviyyəsindədir. Bunlar həmçinin, xəstə miqdarı və müvəffəqiyyət nisbətləri nöqteyi-nəzərdən də Memorial-ın lider departamentləridir.
- Memorial, orqan nəqlini (böyrək və qara ciyər) və bununla əlaqədar immunitet-genetik və immunologiya laboratoriya xidmətlərini həyata keçirmək üçün Türkiyə Sağlamlıq Nazirliyindən 2004-cü ilin Mart ayında lisenziya alan ilk özəl xəstəxanadır. Memorial, böyrək və qara ciyər nəqlini həyata keçirən ilk və tək özəl xəstəxanadır. Wisconsin Universitetindəki Qara Ciyər Nəqli Proqramının Sədri vəzifəsindən ayrılan Prof. Dr. Munci Kalayoglu, 2006-cı ildə Orqan Nəqli və Ümumi Əməliyyat Departamentinin Başçısı olaraq Memorialda işləməyə başlamışdır.
- MMemorial-ın Sınaq Borusundan Uşaq Mərkəzi, Türkiyədə mikro-inyeksiya vasitəsilə ilk sınaq borusu hamiləliyini başlatmışdır. Bu mərkəz həmçinin, döllənməyə qədər genetik tədqiqatları aparmaq və genetik problemləri həll etmək üçün daxili Genetika Laboratoriyasına sahib Türkiyədəki ilk mərkəzdir. Memorial Genetika Laboratoriyası, Türkiyədə ilk dəfə döyünən ürək hüceyrəsini yaratmışdır.
- Memorial həkimləri/cərrahlarının əksəriyyəti ABŞ və Avropanın ən yaxşı tibbi təşkilatlarında təhsil görmüşlər və ya işləmişlər. Həkim və tibb bacılarımızın çoxu İngiliscə danışa bilir.
Memorial Sağlamlıq Qrupu, sadəcə yüksək keyfiyyətli sağlamlıq xidmətləri ilə deyil, həmçinin qonaq evi, restoranlar, mağazalar və kafelər kimi əlavə xidmətləri ilə də tanınmaq istəyir.
- Okmeydanı rayonundakı Memorial Xəstəxanasının içində, yerli və beynəlxalq xəstələr üçün 5 ulduzlu səviyyədə qonaq evi mövcuddur. Bu 10 otaqlı mehmanxana, xəstələr və ailələri üçün xəstəxananın içində yerləşir.
Daha ətraflı məlumat və qiymətlər üçün, lütfən aşağıdakı vasitələrlə təmas qurun:
E-poçt: internationalpatients@memorial.com.tr
Tel: + 90 (212) 314 66 66
Fax: +90 (212) 314 66 67
Web Site: http://www.memorial.com.tr/az/

