Kardio-Vaskulyar Cərrahi

Bölmə Haqqında

Dünya standartlarında son texnologiya cihazları ilə təchiz edilmiş Memorial Xəstəxanası Ürək, Damar və Döş Cərrahisi Bölməsi, Türkiyədə bir çox ilk proseslərə imza atmış, Amerika və Avropadakı mərkəzlərlə birgə çalışaraq dünyadakı tətbiqlərin ölkəmizə gətirilməsində qabaqcıl olmuşdur.

Ürək, Damar və Döş Cərrahisi briqadasının Türkiyədəki ilk prosesləri arasında, "endo stent" tətbiqləri, aritmiya cərrahisində həyata keçirilən və ritm nizamsızlıqlarını aradan qaldırdığı üçün əməliyyat olan xəstələrə böyük bir rahatlıq təmin edən "radio-frekans ablasiyası" "Aesop" adı verilən və koronar bypass əməliyyatlarında istifadə edilən tək qollu robot ilə koronar bypass əməliyyatlarında dünyada saylı mərkəzdə mövcud olan termal kamera yer almaqdadır.

Sahəsindəki yeniliklərə qabaqcıllıq və təkan verən bölmə, qol damarını bypass cərrahisinə gətirmiş və ölkəmizdəki istifadəsinin yayılmasını təmin etmişdir.

Memorial Xəstəxanasında tətbiq edilən fərqli bir texnologiya ilə bütün xəstə monitorları bir network vasitəsi ilə bir birinə bağlanmış və bu tətbiq ilə doktorların xəstə monitorlarını ofislərindən, evlərindən istədikləri vaxt görmələri təmin edilmişdir. Bu texnologiya ilə doktor da, telefonuna yerləşdirdiyi şəxsi kartları ilə xəstələrini hər yerdə, hər zaman kontrol edə bilməkdədir.

Memorial Xəstəxanası Ürək, Damar və Döş Cərrahisi Bölməsi yerli və xarici bütün yenilikləri təqib etməkdə, xaricdə sahəsində en yüksək doktorlarla birgə çalışmaqda və məlumat alış- verişi aparmaqdadırlar.