Orqan Nəqli

Bölmə Haqqında

Dünyaca məşhur Türk Professor Münci Kalayoğlu idarəsindəki Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzi, 5 Professor, 2 Dosent, 4 Operator, 1 Mütəxəssis Doktor və 2 Koordinator ilə xəstələrinə xidmət verməkdədir.

Bu günə qədər təxminən 45.000 əməliyyat və 2000-ə yaxın qaraciyər nəqlini həyata keçirən Memorial Xəstəxanası Ümumi Cərrahi, Uşaq Cərrahisi və Orqan Nəqli Mərkəzinin rəisi Prof. Dr. Kalayoğlu, Türkiyədə orqan nəqlini ilk dəfə həyata keçirən doktorlardan biri olan Rəis Müavini Prof. Dr. Koray Acarlı və briqadası 1 Oktyabr 2006- 1 Noyabr 2007 tarixləri arasında 42 qara ciyər, 53 böyrək nəqlini həyata keçirdi.

Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzində bir ildir aparılan çalışmalar sayəsində Türkiyədəki orqan nəqli rəqəmləri 300%-ə yaxın bir artış göstərdi. İstanbul Sağlamlıq Müdirliyinin məlumatına görə Memorial Xəstəxanası 2007 ili ərzində ən çox donor çıxardan özəl xəstəxana şəklindədir.

Türkiyədən başqa, xarici ölkələrdən də gələn bir çox xəstəni müalicə edən Orqan Nəqli Mərkəzinin məqsədi, dünya üzərində nəqli ola bilən hər cür orqanın nəql edilə bildiyi bir mərkəz yaratmaqdır. (Multi Organ Transplant Center)

Qaraciyər Nəqli

Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzində cəsəddən götürülən müvəffəqiyyətli nəqllərin yanında, canlıdan da qaraciyər nəqli yerinə yetirilməkdədir. Cəsəd siyahısında gözləyərək vaxt itirmək istəməyən çoxu xəstə canlıdan qaraciyər nəqlinin olmasına üstünlük verirlər. Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzinin canlıdan olunan qaraciyər nəqllərindəki müvəffəqiyyət nisbəti isə 90% radələrindədir.

Bəbəkdən bəbəyə qaraciyər nəqli

Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzi bir ilk prosesə imza atdı və 14 Dekabr 2006 tarixində 6 aylıq bir bəbəkdən, 10 aylıq bir bəbəyə qaraciyər nəqlini həyata keçirtdi. 6 aylıq Caner Yasin Aydoğdunun qaraciyəri ilə həyata dönən 9 aylıq Eda Çeliker, çox qısa bir müddət ərzində sağlamlığına qovuşdu.

Qan uyğunsuz qaraciyər nəqli

Türkiyədə ilk dəfə bir uşağa qanı uyğun olmayan qaraciyər nəqli də 2007 ilinin İyul ayında Memorial Xəstəxanası Orqan Nəqli briqadası tərəfindən həyata keçirildi. 14 yaşındakı Muhammed Izaadeenə 6 yaşındakı bir uşağın qaraciyər nəql edildi. Uzun müddət uyğun qan qrupundan qaraciyər tapıla bilinməməsi səbəbi ilə Muhammedə uyğun olmayan bir qaraciyər taxılması məcburiyyətində qalındı. Bu hadisənin ən kritik yanı isə qaraciyərin erkən periodda bədən tərəfindən rədd edilməsi ehtimalı idi. Ancaq Memorial Xəstəxanası Orqan Nəqli briqadası bu ehtimalı xəstəliklə mübarizədə, həyatın xilas olunması qarşısında ikinci planda qoydu. Və bütün risklər nəzərə alınaraq bu əməliyyat həyata keçirildi. Muhammed çox qısa bir müddət ərzində sağlamlığına qovuşdu.

Böyrək nəqli

Türkiyədə ilk dəfə qan qrupu uyğun olmayan böyrək nəqlini həyata keçirən Op. Dr. Burak Koçakın və Memorial Xəstəxanasının iştirakı ilə bu sahədə böyük bir irəliləmə oldu. Cəsəddən nəqllərin yanında laparoskopik (qapalı metod) böyrək nəqli də Memorial Xəstəxanası Orqan Nəqli Mərkəzində müvəffəqiyyətlə həyata keçirilməkdədir. Laparoskopik böyrək nəqli sayəsində bu əməliyyat artıq keçmişdəki kimi qorxulan bir əməliyyat deyildir. Verici 2 gün, alıcı isə en gec 1 həftə ərzində xəstəxanadan çıxmaqda, çox qısa bir müddət ərzində də normal həyatlarına geri dönə bilməkdədir. Bu inkişaflarla bərabər böyrək nəqli ola bilmək üçün xəstənin qohumları arasında bir vericisinin olması kifayətdir.

Mədə altı vəzisinin nəqli Şəkər xəstəliyi ilə gənc yaşlarında tanış olan xəstələr (Tip 1 Diabet), insulinlə yaşamağa məcbur olurlar. Bu xəstələrin mədə altı vəziləri bədəndə şəkəri nizama salmaq üçün lazım olan insulini ifraz edə bilməməkdədir. Bu vəziyyət, xəstələrdə bir sıra tibbi və sosial problemlərin meydana gəlməsinə səbəb olur. Şəkər xəstəliyi səbəbi ilə getdikcə digər orqanlar da sürətlə zərər görür. Ürək, göz, əsəb sistemi, bu orqanların sadəcə bəziləridir. Böyrək kifayətsizliyinə belə səbəb ola bilən şəkər xəstəliyi, xəstələri dializə məhkum edə bilər. Həm insulin istifadə etmək, həm də dializə girmək məcburiyyətində qalan xəstələrin həyatı getdikcə dözülməz bir hal alır. Bədənin şəkər xəstəliyindən zərər görməsinin qabağını almaq üçün ən yaxşı müalicə insulin ifraz etməyən mədə altı vəzisinin yerinə yeni bir mədə altı vəzisi nəql etməkdir. Əgər diabet səbəbi ilə xəstənin böyrəkləri də zərər görmüşsə, bu dəfə həm böyrək həm də mədə altı vəzisinin nəqli olmalıdır. Beləcə xəstə həm şəkər xəstəliyindən həm də böyrək kifayətsizliyindən ömür boyu xilas olur. Türkiyədə çox az insan mədə altı vəzisi nəqlinin olduğunu bilir və çox az mərkəzdə bu nəql tətbiq edilir. Memorial Xəstəxanası Orqan Nəql Mərkəzi olaraq mədə altı vəzisinin nəqlini sürətləndirmək və gənc yaşda şəkər xəstəliyinə məruz qalan xəstələri ömür boyu bu rahatsızlıqdan xilas etmək istəyirik.