Da Vinci Robot Cərrahiyəsi

Da Vinci Robot sistemi dörd nöqtədən vücud içinə açılan dəliklərdən girərək, vücud içindəki ən dərin orqanları (başda olaraq prostat və sidik kisəsi) 10-20 qat böyütmə altında və yüksək keyfiyyətli görüntü bərabərliyində, vücud içində 7 ölçüdə hərəkət edən robot qolları və bunların ucundakı incə-kiçik alətlərlə cərrahın nəzarəti altında əməliyyatı həyata keçirir.
Da Vinci Robotu

Təcrübəli cərrah, da Vinci Robot Cərrahiyə Sisteminin idarəetmə panelində oturaraq və barmaqlarını yerləşdirdiyi bölümlərlə dörd ədəd robot qolunu idarə edərək cərrahiyəni həyata keçirir.

Ən vacib üstünlükləri

  • Yüksək keyfiyyətli (High Definition), 10-20 qat böyütməli, 3 ölçülü görüntü altında cərrahiyyənin həyata keçirilməsi.
  • Vücud içində incə-narın ve bir el kimi 7 ölçudə hərəkət edə bilən robot qolları ilə əməliyyatın gerçəkleşdirilməsi.
  • Cərrahiyyə tətbiq edilən organın ve ətraf toxumaların təmiz, qanama olmadan, diqqətli şəkilde qorunaraq cərrahiyyənin gerçəkleşdirilməsi.
  • Xəstə baxımından əməliyyat sonrası az ağrı, tez sağalma, sürətli şəkildə ve yüksək nisbətdə normal həyat şəraitinə dönmə və estetik görüntü.


Detaylı bilgi için: www.davincirobotikcerrahi.com

da Vinci Robot Cerrahiyyə Sistemində...

"Konsol" adı verilən hissədə cərrah oturaraq konsol üzərindən xəstənin vücudu içindəki görüntünü ən dərin sahələrdə belə 3 ölçülü, yüksək keyfiyyətli və normaldan 10-20 qat böyüdülmüş şəkildə görə bilir. Cərrah bu görüntü altında "Konsol"daki robot qollarını kontrol edən bölümlərə barmaqlarını yerləşdirir ve robot qollarını idarə edir.

"Robot Qollar" xəstənin əməliyyat ediləcək toxumaya görə müəyyən nöqtələrdən 3 və ya 5 ədət 05. ya da 1 cm. diametrindəki dəliklərdən vücuda yerləşdirilen borular vasitəsiylə vücud içinə 4 robot kol soxulur. Bu qollardan birindən vücud içinə robotun gözləri olan teleskop və bu teleskopdan əldə edilən vücud içindəki görüntünü ötürən yüksək keyfiyyətli kamera yerləşdirilir. Digər qollar isə cərrahiyyəni gerçəkleşdirəcək olan robot qollardır və cərrah tərəfindən kontrol edilir.

Robotun qollarının ucundaki cərrahiyyə alətləri son dərəcə incə olub vücud içində ən dərin bölgələrdə belə 720° hərəkət qabiliyyetinə malikdir. İncə uclu və nazik robot qollar ilə toxumalara zərər vermədən əməliyyat ilə lazımi organ çıxarılır.

Bu sistemdən də anladığınız kimi da Vinci Robot Sistemi cərrah tərəfindən idarə edilən, ancaq cərrahın əməliyyatı ən dərin nöqtələrdə belə aydın, 3 ölçülü, böyüdülmüş görüntü altında çox bucaqlı hərəkət qabiliyyəti olan robot kollarla heç bir titrəmə olmadan gerçəkleşdirən günümüzün ən ireli cərrahi texnologiyadır.

Cərrahın robot sistemini istifadəsindəki ustalıq öncəliklə cərrahın vücud içində gerçəkleşdirdiyi laporoskopik cerrahiyyə texnik təcrübə ilə ən üst səviyyəyə yüksəlir. Birbaşa açıq cərrahiyyə ilə əməliyyat edən cərrahlara göre, klassik laporoskopik üsul ilə robot yardımsız şekilde bu əməliyyatlardaki təcrübanin Robot teknologiyası ilə üst səviyyələrə yüksəlməsi ilə organ qorunması və cərrahiyyənin keyfiyyəti də yüksəlir. Xahiş edirik müalicənizdə robot cərrahiyyəsi tətbiq olunmadan öncə cərrahınızdan robot cərrahiyyəsinə keçmədən önceki praktikasında ne ölçüdə konvensional laporoskopik cərrahiyyə təcrübəsi olduğunu soruşun.

Prof. Dr. Tibet Erdoğru, 310 laporoskopik prostat xərçəngi cərrahiyyəsi olmaq üzərə ümumi 700 -ə yaxın urolojik laporoskopik cərrahiyyə təcrübəsi ilə ölkəmizdə konvensiyonal laporoskopik cərrahiyyədə təcrübəsi ən yüksək səviyyədə olan urologiya uzmanlarındandır. Klassik laporoskopiyyada üst səviyyədəki bu təcrübənin " da Vinci Robot Cərrahiyyəsi " teknologiyası ilə birləşməsiylə laporoskopik cərrahiyyəsi ilə eyni mənşəli olan robot cərrahiyyəsində organlarla rəftar, ətraf toxumaların qorunması, xüsusi ilə prostat xərçəngində sinir qoruyucu üsul tətbiq oluması və sidik tutma tutma əzələlərinin qorunması olmaq üzrə cerrahi keyfiyyətdə ən üst səviyyədə xəstələrimizə təqdim olunur.

Prostat Xərçənginin Müalicəsində da Vinci Robot Cərrahiyyəsi

da Vinci Robot Sistemi ilə gerçəkleşdirilən prostat xərçəngi əməliyyatı " da Vinci Robot Radikal Prostatektomiya " olaraq adlandırılmaqdadır.

Burada prostat tam çıxardılır ve prostat çıxarıldıqdan sonra meydana gələn boşluqdakı sidik kisəsi boynu ile sidik kanalı (uretra) qarşılıqlı getirilərək tikilir. Prostatın çıxarılmasında Şəkil 3-deki yaşil rengli xarici qıvrım qorunur ve sidiyin tutulmasına kömək edir.

Prostatın içindəki prostat xərçəngi aşkarr edilmiş xəstələrdə prostatın tamamən çıxarılmasına dayanan ənənəvi açıq radikal prostat cərrahiyyəsi tətbiq olunurdu. Ancaq xüsusilə 2000-ci ildən etibarən laporoskopik radikal prostat cərrahiyyəsi bütün dünyada praktikaya başlamışdır. Ancaq əməliyyatın edilməsi və öğrənilməsi çox çətin və uzun olduğundan az sayda cərrah tərəfindən praktikada istifadə edilir. Robot teknologiyasındekı irəliləmə sonrası bir çox teknologiya üstünlükləri ilə da Vinci robot sistemi ilə robot cərrahiyyəsi deyilən üsul 2001 ci ildən etibarən bütün dünyada çox sürətli bir inkişafla və zamanımızda ən cox prostat xərçəngi cərrahiyyəsində istifadəyə başlamışdır. Zamanımızda A.B.Ş. da prostat xərçəngi cərrahisiyyəsinin %80-i da Vinci robot texnologiyası ilə heyata keçirilir.

"da Vinci Robot Cərrahiyyəsində " xəstəyə tətbiq olunan cərrahiyyədəki başlıca mərhələlər laporoskopidekine bənzərdir. Bu səbəblə robot cərrahiyyəsi edən cərrahın əvvəlcədən irəli dərəcədə laporoskopik cərrahiyyə təcrübesinin olması, laporoskopiya bilmeden birbaşa açıq cərrahlıq təcrübəsi ile robot cərrahiyəsinə keçən cərraha görə, əməliyyatın uğurlu keçməsində çox böyük rol oynayır.

"da Vinci Robot Cərrahiyəsində " cərrahiyyə cərrahın idarə etdiyi robot qollarla 3 ölçülü yüksək keyfiyyətli və 10-20 qat böyütməli görüntü altında vücud içinə borucuqlardan yerləşdirilərək istifadə olunan robot qollarıyla edilməkdədir. Bu robot qolların ən böyük üstünlüyü, incə və kiçik uclarıyla, 3 istigamət olmaq üzrə 7 ölçüdə cəmi 720° hərəkət qabiliyyəti ilə çox yönlü şəkildə və titrəmə olmadan cərraha əməliuyatı gerçəkleşdirme şansı verir.

Prostat xərçəngində " da Vinci Robot Radikal Prostatektomiya "nın üstünlükləri

"da Vinci Robot Cərrahiyəsi" sonrası xəstəxanada qalış müddəti 1 ya da 2 gün olmaqdadır. Təxmini xəstələrin %95-i əməliyyat sonrası ikinci günde evlərinə gedə bilirlər.

  • Ənənəvi açıq cərrahiyyə ilə qarşılaşdırıldığında əməliyyat vaxtı çox az qan itkisi olmaqdadır. Buna paralel olaraq qan verilməsi də çox azdır (da Vinci Robot Cərrahiyyəsində %1-2, açıq cərrahiyyədə %40-45)
  • Xəstəxanada qalış müddətində çox az ağrıkesiciyə ehtiyac olduğu kimi,xəstəxanadan çıxdıdqam sonra da çox az miqdarda ağrıkesiciyə ehtiyac olmaqdadır.İstifade edilən ağrıkəsici parasetamoldan daha güclü deyil
  • Adətən cərrahiyyədən sonrakı ilk həftə içində 4-cü ve ya 7-ci günlər arasında, her hansı bir sağalma problemi olmaz isə, sidik kanalına qoyulan katater çıxardılır.Açıq cərrahiyyədə isə bu müddət adətən 14-21 gün arasında olur
  • Təxmini xəstələrin 90%-i da Vinci Robot Cərrahiyyəsi ilə radikal prostat əməliyyat sonrası 2 ci ya da 3 cü həftədə normal həyatlarına qayıda bilirlər.

Əgər sizdə aşkar edilən prostat xərçəngi prostatin içində sərhədlənibsə , başqa sözlə orqan xaricinə çıxmamışsa və aqressif xarakterli deyilsə və başqa bir xəstalikdən əziyyət çəkmirsizsə siz cərrahi müalicə üçün namizədsiniz.Daha əvvəlcədən prostat xərçənginə xaricdən və ya daxili şüa müalicəsi edilmiş buna baxmayaraq xərçəng kontrol altına alınmamış isə,şüa terapiyasının verdiyi zərərlərdən dolayı cərrahi əməliyyat sizin üçün uyğun deyilsiniz.Kontrolsuz qan xəstəliyiniz var isə yenə də prostat cərrahəyyəsi üçün uyğun deyilsiniz.Bu iki məsələnin xaricində bütün xəstələrə "da Vinci Robot Cərrahiyyəsi" ilə radikal prostaktemiya edilə bilər.

Yan təsir ya da ağırlaşmaları nələrdir?

İndiyə qədər olan dəyərləndirmələr radikal prostat cərrahiyyə sonrasında meydana gələ bilən sidik tutmada pozuqluğun və ereksiya pozuqluğunun laporoskopik prostat cərrahiyyədə daha az olduğu göstərilmişdir.Prostat kimi dərində olan bir orqanın da Vinci Robot Cərrahiyyədə istəfadə edilən teleskop – kamera sistemi ilə əldə edilən yüksək görüntü keyfiyyətinin (high definition) normaldan 10-20 qatı böyütməli görüntüsü ilə, titrəməyən və 720° hərəkət bucaqlı incə və kiçik robot qollar ilə prostata qonşu olan penisə gedən ereksiya sinirləri və sidik tutma əzələləri daha yaxşı qorunur. Bu daha keyfiyyətli qoruma daha az faizlə sidik axıtma problemi və daha az faizlə ereksiya problemi ilə qarşılaşılmasına səbəb olur.Əgər yaşınız <60 ve iki tərəfli sinir qoruma tətbiq olunmuşsa, da Vinci Robot Cərrahiyyə ilə radikal prostatektomiya əməliyyatindan sonra normal derman qəbul etmədən cinsi funksiyanızı 80-90 % əlavə müalicə almadan gerçəkleşdirə bilərsiniz. Eyni şəkildə normal sidik tutma funksiyasinin olması ehtimalı %96-98’dir.

Burada xəstə və yaxınları tərəfindən bilinməsi vacib olan ən əsas məsələ da Vinci Robot Cerrahiyyəsinin tamamilə alətə və robota bağlı bir cerrahiyyə olmamasıdır. Cərrahın radikal prostat cərrahiyyəsindəki klassik laporoskopik cərrahiyyə təcrübəsi çox vacibdir. Bütün çətinlikləri ilə laporoskopik cərrahiyyəsini, robotun üstünlükləri olmadan da rahatlıqla edə bilən təcrübəli bir cerrahın, da Vinci robot teknologiya desteyi də alaraq penisin sinir, damarları ve qıvrım büzmə əzələlərin qorunmasında nə dərəcə uğur gətirəcəyi də çox vacib və öyrənilməsi lazımi bir faktordur.

"da Vinci Robot Cərrahiyyəsində" sinir qorumanın bütün detallarıyla metodları:

Ölkəmizdə laporoskopik cərrahiyyə ilə irəli laporoskopi təcrübəsi ilə prostatın ətrafındakı sinir ve əzələlərin anatomik quruluşunu anlaması çox vacibdir. Bu təcrübe üzərinə bir də da Vinci Robot Cərrahi Sistemin üstünlükləri əlavə edildikdə sinir qorumadaki ve sidik tutma əzələlərini qorumadaki cərrahi nailiyyət ən üst səviyyəyə yüksəlir.

Penisə gəden ve cinsi əlaqədə ereksiyanin olmasına cavabdeh sinirin tək bir sinir deyil topa şəklinde olduğu bilinməkdedir. Ancaq son illərdəki araşdırmalara bu topanın %60 xəstədə prostatın yanlarında alt qisimdə toplanmış olmadığını göstermişdir. Yəni açıq cərrahiyyə tətbiq edilirkən bir çox həkim penisə gedən siniri qoruduqlarını düşünürkən, əslində %60 xəstədə şəbəkə şəklində prostatın ön üzünə yayılan siniri kəsirlər. Bu da, cərrah qoruduğunu ifadə etsə belə, gözlənilənin əksinə əməliyyat sonrası ereksiya funksiyasının itkisi ilə xəstəni üz-üzə qoyur. Burada vurğulanması vacib məsələ açıq cərrahiyyədə açıq əməliyyatı gerçəkleşdiren həkimin, bir mədənçi kimi, mütləq başına təpə işığı və ən az 3.5-4.5 dəfə böyütməli optik eynək istifadəsi ilə cərrahiyyə etməsi gərəklidir. Bu alətlərin istifadə edilmədiyi bir açıq cərrahiyyədə sinirin ve sidik tutma əzələlərinin qorunması da istənilən səviyyədə olmaya bilər. Çünki prostat ləyən sümüyünün ön qanadının altında penisin kökündə yəni çox dərindədir.

Bəzi nöqtələrdə cərrah belə görmekte çətinlik çəkərkən, sinirlerin qorunması bu sadalanan alətlərin olmadığl təqdirdə daha da çətinləşir.Laporoskopik üsul bu çatışmazlığı ortadan qaldırmıdtır.Çünki göbəktən yerləşdirilən teleskop və yüksək görüntü keyfiyyətli (high definition) və normal gözün 10-20 dəfə böyüdülmüş görüntüsünün ekrandan seyredilərək diger dəliklərdən incə uclu narın cərrahi alətlərlə ən dərindəki bütün toxuma və fərqli anatomik quruluşları görərək cərrahiyyə tətbiq olunur. Bu görüntü ve narın-incə cərrahi alətlərlə sinir və damar topaları bütün xəstələrdə çox yaxşı şəkildə qorunmaqdadır. da Vinci Robot Cərrahi Sistem laporoskopiyasının bu üstünlüyünü bir addım daha irəli daşıyaraq 3 ölçülü və daha da aydın görüntü altında, robot qolların vücud içindəki incə və narın ucları və bu qolların 720° fərqli bucaqlar altındakı hərəkətləri ilə titrəmədən və her bucaq altından toxumaya çata bilən bir cərrahiyyəni laporoskopiyya cərrahına təqdim edir. Bu mərhələdə soruşulması lazım olan ən vacib məsələ robot texnologiyasını istifadədən öncə cərrahın nə ölçüdə laporoskopik cərrahi təcrubəsinə və bu texnologiyanın prostat xərçəngində nə qədər istifadə etdiyidir.

Penise gedən sinir topası %60 kişidə prostatın ön üzünə yayılan şəkildedir. Bu səbəblə iki fərqli üsulla sinir topasının və şəbəkəsinin qorunması gərəklidir.

Prostatın kapsulası qalacaq şəkildə üzərindəki bütün zarlarıyla (ki bu zarlara fasya deyilir) və bu zarların arasındakı bütün sinir topasi ilə şəbəkəsinin qorunması ən üst səviyyədə təcrübə və səbr istəyir. Bu texnikanin adına bütün zarların altından mənasını verən İNTRAFASCİAL TEKNİK (Şəkil-4: MAVİ CİZGİLİ XƏTT) ilə sinir qoruma deyilir. Bu üsulla əmələ gələn zarların və içindəki sinir topasının görüntüsü səbəbiylə "Afrodit’in Peçesi" adı verilmişdir.Bu üsulla penis ereksiyasının qorunması da Vinci Robot Sistemi istifadə edildiyində %90-95, konvensiyonel laporoskopiya tətbiq olunduğunda %85 səviyəsinde bildirilməkdədir. Halbuki açıq cərrahiyyədə bu faiz %51-60 səviyəsində bildirilməktədir.

Prostat kapsulasının üzərindəki zar təbəqəsi buraxılaraq, prostatın bütün səthindəki şəbəkə deyil, sadəcə prostatın yan və altındaki xarici zar içindəki topa halındakı sinir qorunursa, buna zarlar arasından yerine yetirilən üsul mənasına gələn İNTERFASİAL TEKNİK (şəkil-4: QIRMIZI CİZGİLİ XƏTT) ilə sinir qoruma deyilir. Bu üsulda da Vinci Robot Sistem tətbiq olunsa belə ereksiya funksiyasının qorunma ehtimalı %66 olaraq bildirilir. Bu üsulda laporoskopik və da Vinci Robot Sisteminin ereksiya funksiyasını qoruma faizləri təxmini eynidir.

Şekil 3 : Prostat xərçənginin radikal cərrahiyyəsində, bu sxemdə görüldüyü kimi, prostat çıxarıldıqtan sonra, xarici büzmə səviyyəsində sidik borusu sidik kisəsi boynuna tikilir və kanalın davamlı qalması təmin edilir.

Resim-4: Prostat xərçəngi əməliyyatı fərqli şəkildə qorunan penisə gedən sinir şəbəkəsinin anatomik görüntüsü.

Burada vurğulanması lazım olan en vacib məsələ Afrodit Peçesi şəklində bütün qatlarıyla zarlar və bu zarların içindəki penisə gedən ereksiya sinir şəbəkəsinin qorunduğu xəstələrdə tam sidik tutma funksiyası da həm çox sürətli şəkildə geri qayıdır həm də 98% -ə qədər yüksəlir. Halbuki bu tam sidik tuta bilmə faizi bu şəkilde sinir şəbəkəsi qorunduğu hesab edilən açıq cərrahiyyələrdə də 90% səviyyəsində qalmaqdadır.

Qısaca, da Vinci Robot Sistemi təmin etdiyi texnik üstünlükləri və laporoskopiyadakı üst səviyyə cərrahə təcrübə ilə penisə gedən sinirlerin və damarların qorunması yüksək səviyyədə gerçəkleşdirilir və əməliyyat sonrası cinsi funksiyanın davam etməsində önəmli üstünlük verir.

da Vinci Robot Cərrahiyyəsi ilə sidik tutma əzələlərinin qorunması: bütün texniki detallar.

Prostat xərçənginin cərrahi müalicəsində robot olmadan etdiyimiz klassik – konvensiyonal-laporoskopik cərrahi təcrübə ilə, açıq cərrahiyyədə də görmədiyimiz və fərqinə varmadığımız prostat ətrafındakı bir çox toxumanın anatomik detallarından xəbərdar olduq.Bu mövzündakı araşdırmalar hələ də davam edir. Xüsusilə da Vinci Robot Sistemindəki 3 ölçülü və yüksək keyfiyyətli görüntü laporoskopiyada əldə etdiyimiz bu detallar üzərinə yeni məlumatları əlavə edir. Bu detalların açıq cərrahi tətbiq edən cərrahlar tərəfindən aşkar edilməməsi surpriz deyil. Çünki nəzərdə tutulan bütün anatomik detallar penis kökünün üstündə yerləşən "Pubis" sümüyü dediyimiz sümüyün altında penisin kökündədir.Başqa sözle vücudun ən dərin quruluşlarından birisidir.

A şəkilində göründüyü kimi sidik kisəsi altında prostat yerləşir. Bu rəsimde "C" xəttindən keçən müstəvidəki sidik kanalını saran iki qatlə büzmə əzələ topası vardır. * şəklindeki Eninəzolaqli büzmə əzələ topasıdır; X saya əzələ topasıdır.

Daha detalli bir diagram şəklində göstəriləcək olursa,

Şabalıd şəklindəki prostat və hər iki yanındaki uzantılar şəklində görünən seminal maye vəzləri (seminal vezikül) və prostatdan sonra gələn sidik kanalı və bu kanalı əhatə edən əzələ kütləsi mövcuddur. Bu büzmə əzələ səviyyəsindən (şekilde göründüğü gibi) bir təbəqəyə baxsaq bu təbəqədəki quruluş vahidlərinin şəkli sağdakı kimidir. Buna görə ortadaki sidik kanalını əhatə edən eninə və uzunlamasına saya əzələ topası (EDKD və UDKD) yerləşir. Bu xaricində isə eninəzolaqlı əzələ topalarından əmələ gələn eninəzolaqlı büzmə əzələsi (ÇBK) vardır. Bu əzələ topasının ətrafında sağda və solda olmaq üzere iki tərəfli penisə girməyə hazırlaşan penis ereksiya sinir şəbəkəsi (PESA) yerləşir.Bu quruluşların qısaldılmış adlar və görüntüləri aşağıdaki şəkilde göstərilmişdir.

(Digər qısaltmalar: VEZ: visseral endopelvik zar, PPB: Puboprostatik bağ, DDV: Derin dorsal vena, LAK: Levator anus əzələsi, PRAZ: Prostat rektum arası zarı)

Laporoskopik cərrahiyyəsinin praktikalarıyla əldə ettiyimiz bu sidik tutma əzələlərinin quruluş detallarını rahatlıqla görür və qoruya bilirik. da Vinci Robot Radikal Prostatektomiya əməliyyatında robot texnologiyasının verdiyi 3 ölçü, yüksək keyfiyyətli görüntü və robot qolların 720°-lik hərəkət qabiliyyəti ilə birləşən laporoskopik cərrahi təcrübə ilə bu əzələ topalari və sinir topaları son dərəcə ehtiyyatla və quruluş vahidlərinə zərər vermədən qorunur. Bu qorunma isə xəstəyə erkən sidiyini tutma və cinsi funksiyasını itirmədən keyfiyyətli heyat təqdim etməktədir.

da Vinci Robot Cərrahi üsulu ilə əməliyyat sonrası penis reabilitasiyası:

da Vinci Robot Sistemi ilə ya da klassik laporoskopiya ilə əməliyyat əsnasında qədər diqqət edilsə belə prostatın kənarlarından gedən sinirler və bunu əhatə edən zarların çəkilmesinə bağlı olaraq sinirlərdə çəkilmə və gərilmə səbəbiylə ereksiyanın bərpa olunması üçün bir müddət keçə bilər. Yəni ereksiya əməliyyat sonrası zamanda normal olmaya bilər. Bilindiyi kimi hər kişidə gecələri yuxunun REM mərhələsində ən az 3 dəfə və ən az 10 dəqiqə olmaq üzrə gecə ereksiyaları olur. Bu ereksiya əsnasında penis oksigenli qanı alaraq bəslənir və anatomik quruluşunu qoruyur. Ereksiya olmayan penis bəslənməz və anatomik quruluşunda incəlmə və qısalma meydana gəlməyə başlar. Bu səbəblə prostat xərçəngi əməliyyatından sonra, iki tərəfli və Afroditin Peçesi üsulu ilə sinir qorunsa belə, ereksiya müddət sonra ola bilər. Bu müddət bəzən 12 hətta nadirən 24 ay ola bilər. Bu mərhələdə ereksiya olmayan penis bəslənmədiyindən anatomik xassələrinda itki yəni incəlmə və küçülmə ola bilər. Bundan başqa bu müddət içində cinsi əlagəyə girə bilməməsi də kişinin həyatina neqativ təsir göstərir. Bir də ki bu xəstənin bir xərçəng xəstəsi olduğu düşünüldüyündə və bu xəstənin əhval ruhiyyəsi və sosial həyatının üst səviyyədə olmasının xəstəliyi dəf etməsindəki rolu da düşünüldüyünde normal ereksiya və cinsi funksiyasının normal olmasının rolu daha da anlaşılacakdır. Mən əməliyyat sonrası ereksiyası başlamayan xəstələrə bu səbəblə "Penis Reabilitasiyası" deyilen bir üsul tətbiq etməyi seçirəm.

"Penis Reabilitasiyası" ilə xəstəyə bəzi dərmanlari penis üçün həftədə 2-3 dəfə istifadə edilməsi öyrədilir və bu yanaşma ilə bir neçe üstünlük daha qısa müddətə əldə edilir.

  • Xəstə və həyat yoldaşı həftədə 2-3 dəfə cinsı əlagələrinə davam etmə üstünlüyü qazanır.
  • Ereksiya ilə penis bəslənir, anatomik quruluşun və sərtləşmə toxumaları öz xassələrini itirməz.
  • Xəstə sosial baxımdan cinsi aktiv olduğundan əhval ruhiyyəsi və dolayısıyla xərçəngə qarşı apardığımız mübarizə üstünlüklərini itirməmiş olarıq.

Xəstələrimdə öz-özünə ereksiya olmağa başlayıncayadek bu üsulla Penis Reabilitasiyasına davam edirəm. Əgər öz-özünə ereksiyalar olmağa başlarsa burada ereksiyanın keyfiyyətinə baxaraq, xəstəyə ya ereksiya cinsi aktivlik üçün yetərli isə heç bir müalicə məsləhət görmürəm, ya da ereksiyanın olmasına baxmayaraq yetərli olmursa ağızdan qəbul edilən ereksiyaya kömək edən dərmanlar ilə "Penis Reabilitasiya"na davam edirəm.

Böyrək Xərçənginin Müalicəsində da Vinci Robot Cərrahiyyəsi

da Vinci Radikal Nefrektomiya (Böyrəyin tamamən çıxarılması) və da Vinci Parsial Nefrektomiya (Böyrəyin sadəcə xəstə bölümünün çıxarılması)

Açıq cərrahiyyə ilə tətbiq olunan nefrektomiyada (böyrəyin bütünlüklə çıxarılması tibb dilində nefrektomiya deyilir), əməliyyatı gerçəkleşdirmək üçün 35-40 cm. uzunluğuna qədər uzana bilən cərrahi kəsik aparılır (Şəkil-1). Xüsusilə böyük şişlərdə eyni kəsik ilə 12-ci qabırğa sümüyünün alınması da lazım ola bilər. Bu böyük əməliyyat kəsiyi ilə yaralanan əzələlər və sinirler səbəbiylə əməliyyat bölgəsində uzun müddətli ağrı ve uyuşma hissi olacaqdır. Ayrıca sağalma da buna bağlı gecikəcəkdir.

A.B.Ş. və Avropa ölkələrindən sonra artıq zamanımızda ölkəmizdə də laporoskopik böyrək cərrahiyyəsi artıq standart bir cərrahiyyə növünə çevrilmişdir. Ancaq son illərdə da Vinci Robot ilə urologiyaya təqdim olunan texnologiya üstünlükləri ilə böyrək xərçəngi cərrahiyyəsində də da Vinci Radikal Nefrektomiya gündəmə gəlmişdir.

da Vinci radikal nefrektomiya nədir?

Böyrək xərçəngində böyrəyin vücuddan çıxarılması üçün tətbiq olunan minimal invaziv (az travmaya yol açan) cərrahi müdaxiləyə laporoskopik nefrektomiya deyilir. Bu üsulda vücuda böyük bir əməliyyat kesiyi açmadan, sadəcə 3 ya da 4 dəlikten yerləşdirilen borucuklar (trokar) vasitəsiylə vücud içinə göndərilən teleskop və incə cərrahi alətlər istifadə edilərək açıq cərrahiyyədəkə proseslərin hamısı həyata keçirilir. Böyrək əməliyyatlarında təsirlilik baxımından " da Vinci Robot Cərrahisi " ilə " Konvənsionel Laporoskopik " cərrahiyyə arasında böyük ferq olmamasına baxmayaraq, da Vinci Robot Sistemi ilə xəstələrimizə 3 ölçülü, yüksək keyfiyyətli, 10-20 dəfə boyüdülmüş görüntü altında titrəməni ortadan qaldıran və vücud içində əl kimi 7 istiqamətdə hərəkət edə bilmə qabiliyyəti ilə cərrahiyyəni gerçəkleşdiririr.

Bu cərrahi üsul nə vaxt istifadə olunur?

da Vinci bəsit nefrektomiya infeksiya, daş, tutulma, anadangəlmə inkişaf edə bilməmə ve böyrək damar darlıqlarına bağlı yüksək təzyəq kimi səbəblərlə böyrək funksiyasını itirmiş xəstələrdə tətbiq olunur.

Da Vinci radikal nefrektomiya isə, böyrək xərçəngində şiş diametrı 12-15 sm-ə qədər olan və böyrəkdə sərhədli olan bir çox şişdə böyrəyin çıxarılmasında mükəmməl minimal invaziv müalicədir.

da Vinci Robot Nefrektomiya adi verilən bu əməliyyata nələr daxildir?

da Vinci Robot Cərrahi üsul: Transperitonealmı ? Retroperitonealmı?

Periton, qarın içindəki mədə, bağırsaq, qaraciyər dalaq kimi organları içində tutan və bu organları əhatə edən, qoruyan zar şəkilli iki təbəqədən ibarət bir vahiddir. Böyrəklər və böyrəküstü vəzləri digər urolojik organlar kimi bu periton zarının xaricində yerleşir. Ancaq ümumiyyətlə da Vinci cərrahiyyəsində böyrək və böyrəküstü vəzinə çatmaq üçün periton zarını da dələrək əməliyyat ediləcək quruluşlara çatma transperitoneal üsul (periton zarını transit keçərək gerçəkləşdirilən deməkdir) adlanır. Periton zarına toxunmadan və dəlmədən və dolayısıyla bağırsaq və diger organlara birbaşa təmas etmədən gerçəkləşdirilən üsula isə retroperitoneal üsul (periton zarının xaricindən və arxasından gerçəkləşdirilən deməkdir) deyilir.

" da Vinci Robot Cərrahiyyəsi " periton zarı içindən (transperitoneal) gerçəkləşdiriləcək isə xəstə 45-60 dərəcə yan pozisiyada yatırılır. Bu üsul periton zarı kənarından bağırsaqlara təmas etmədən (retroperitoneal) gerçəkləştiriləcək isə xəstə 80-90 dərəcə yan pozisiyada yatırılır Böyrək şişlərində tətbiq olunan açıq cərrahiyyədə əsasən açılan əməliyyat kəsiyi (insizion) Şəkil-1'de görüldüyü kimi ikən, transperitoneal da Vinci Robot Cərrahiyyəsində əməliyyat kəsiklərindən hər biri 1.5 sm olub, diger 2 ya da 3 ədəd isə 1/2 və 1 sm.lik kiçik kəsiklərdir (Şəkil-2). Retroperitoneal da Vinci Robot Cərrahiyyəsində isə dəliklər bəlin arxa hissəsindədir, ön qarın divarında dəlik izi görülməz.

Şəkil-1: Açıq nefrektomiya Şəkil-2: Laporoskopik nefrektomiya
İki yanaşmada da müsbət nəticə faizi baxımından fərq yoxdur. Üstünlük və çatışmazlıqlar sadəcə texnik səviyyədədir.
Retroperitoenal Transperitoneal
Üstünlüklər Üstünlüklər
Bağırsaqlarla təmas yoxdur Geniş əməliyyat boşluğu
Daha əvvəl qarın əməliyyatı olsa belə tətbiq edilə bilər. Toxuma bərpasında rahat hərəkət sahəsi
Sidik ifrazında daha az problem.
Üstünlük yoxdur
əməliyyat zamanı
Gözlənməyən təsir nisbəti
Müsbət nəticə nisbəti

da Vinci nefrektomiyyada əməliyyat nə qədər çəkir?

Cərrahiyyə müddəti təxminən 1.5-2 saat ikən, xüsusilə də bəsit nefrektomiyada bu müddət 45 dəqidəyə qədər inərkən, böyrək ətrafına yapışıq və böyük xərçənglərdə bu müddət 3 saata qədər da uzana bilir. " da Vinci Robotik Cərrahiyyədə " robot qolların xəstənin vəziyyətinə göre vücudunda açılan dəliklərə gətirilməsi və aşkar edilməsi belə da Vinci Robot Cərrahiyyə müddətinə təsir etmir. Böyük şişlərdə olsa belə əsasən xəstə əməliyyatdan sonrakı 1. ya da 2 ci gün evinə göndərilir.

da Vinci bəsit nefrektomiyada əsasən qarın zarına zərər vermədən əməliyyat edilirkən , bəzi böyrək xərçəngli xəstələrdə də yenə eyni Şəkildə qarın zarının xaricindən əməliyyat edilir. Ancaq böyük xərçənglərdə qarın zarı üzərindən cərrahiyyə edilir və bu sayədə cərrahiyyə üçün daha geniş sahə ixtayınızda olur.

Nefrektomiyanin da Vinci Robot Sistemi ilə edilməsinin üstünlükləri nələrdir?

  • Qarın zarı xaricindən edildiyində bağırsaq yaralanma riski yoxdur
  • Qısa müddətli xəstəxanada qalma və sürətli sağalma
  • Əməliyyat sonrası daha az ağrı və daha az ağrıkəsici ehtiyacı
  • Normal günlük fəaliyyətlərə qısa müddətdə geri dönmə
  • Kiçik əməliyyat kəsiklərdən dolayı estetik görüntü
  • Böyüdülmüş görüntü
  • Titrəmənin ortadan qaldırıldığı robot qollar vasitəsilə əməliyyatVücud içində bir əl kimi rahatlıqla 7 istiqamət və 720 dərəcəlik bucaq ilə hərəkət edə bilən robot qollarla əməliyyatım gerçəkləşdirilməsi

da Vinci Robot Parsial Nefrektomiyası nədir?

Xüsusilə 4 sm ya da daha kiçik diametrdəki böyrək şişlərində, şişin böyrəkdəki yerinə görə tətbiq edilə bilən bir cərrahəyyədir. Burada məqsəd xərçəngin kontrolu edilirkən, sadəcə xərçəngli toxumanın çıxarılması və sağlam böyrəyin xəstədə saxlanmasıdır.

Son 10 ildə laporoskopik cərrahi praktikalar ablativ deyilən xəstə toxumanın tamamının çıxarılmasından, daha kompleks rekonstruktiv (yəni sadəcə xəstəlikli çıxarılması və qalan hissənin təmir edilməsi) cərrahilərə qədər inkişaf etmişdir. Açıq parsial nefrektomiya organ (yəni böyrək) qoruyucu cərrahiyyənin tətbiq edilə biləcəyi lokalizə böyrək xərçənglərinə standart yanaşmadır.

Laporoskopik cərrahiyyədə intrakorporeal tikiş (yəni vücud içinə cərrahi tikiş ve düyün atma) metodlarında artan təcrübə və inkişaf etmiş laporoskopik damar cihazlarının varlığı seçilmiş xəstələrdə laporoskopik metodla da parsial nefrektomiyanın tətbiq edilə bilən bir cərrahi yanaşma olmasını asanlaşdırmışdır. Bu səbəblə zamanımızda artıq 3 ya da 4 dəlikten (1 ədəd 1.2 sm, 1 ədəd 1.0 sm, 1 ya da 2 ədəd 0.5 sm) girilərək gerçəkləşdirilən laporoskopik böyrək əməliyyatında kiçik böyrək xərçənglərində də sağlam böyrək parçası şəxsdə saxlanılıb, sadəcə şiş rahatlıqla çıxarılır.Xərçəngin kontrolunda edilən uzun və orta müddətli elmi izlənməsində laporoskopi də rahatlıqla tətbiq edilə biləcək bir metod olaraq özünü sübüt etmişdir. Ancaq günümüzdə da Vinci Robot Sisteminin üstünlükləri ilə tanış olan urologiya uzmanları böyrəyin içindəki şişli hissə çıxardıldıqdan sonra əmələ gələn toxuma boşluğunun və yaralanan damarlar ilə sidik kanallarının təmir edilməsi üçün da Vinci Robot Sistemin təqdim etdiyi üstünlükləri istifadə etməyə başlamışdır.

Çünki şişli toxuma çıxarılırkən və çıxan hissənin tikişlərlə berpa edilməsi əsnasında böyrək arteriya damar qanaması olmaması üçün qapalı qalır. Bu müddət ərzində böyrək bəslənmir (böyrəyin qansız qala bildiyi müddət 15-20 dəqidədir) və həkim şişli toxumanı xərçəngi kontrol etmə baxımından risk olmayacaq şəkildə çıxardacaq və çıxan bölgədəki zədələri də təmir edəcəkdir. Bunun üçün yüksək təcrübəyə sahib laporoskopik cərrah olmalıdır. Çünki bu Müddətdə çox qanlanan böyrək toxumasını laporoskopik metodla təmir etmək olduqca çətin öyrənilən bir metoddur. da Vinci sisteminin texnolojik üstünlükləri ilə laporoskopik metodu tətbiq edən təcrübəli cərrah qarşılaşdığı çətinlikləri bu texnolojik dəstək ilə rahatlıqla dəf edir.

Təcrübəli bir laporoskopik cərrahın parsial nefrektomiyada zamanın qısa olması ucbatından qarşılaşdığı problemlərin həllinə kömək edən " da Vinci Robot Sistem "in texnolojik üstünlüklərini aşağıdakı kimi sıralaya birəlik:

  • Laporoskopik 2 ölçülu yerine da Vinci sistem ilə 3 ölçülu görüntü altında böyrəktəki xərçəngli toxumanın sərhədləri qeyd edilir.
  • Üç ölçülü yüksək keyfiyyətli (High Definition) görüntü ilə dərinlik hesabı rahatlıqla aparılaraq xərçəngin çıxarılması
  • Titrəməyən robot qollarıyla tikişlərin atılması
  • 720 dərəcə bucaqlı hərəkət qabiliyyətinə sahib robot qollar ilə böyrəyin hansı bölgəsində olursa olsun xərçəngin çıxtığı yerin sürətlə və dərinlik kontroluyla tikilə bilməsi

Laporoskopik cərrahi təcrübəsi olmayan və laporoskopik cərrahiyyəyə yetərli adaptasiyası olmayan açıq cərrahiyyəni tətbiq edən cərrahi qrupun parsial nefrektomiyani da Vinci Robot Sistem ilə gerçəkləşdirməsi, sadalanan üstünlükləri verirmiş kimi düşünülə bilər ancaq bu səfər az zamandakı (15-20 dəqiqə) cərrahi müdaxilə üçün laporoskopik adaptasiyanın olmaması, robot texnologiyasının cərrahiyyəyə tətbiq edilməsində problem olmaqdadır.

Prostat xərçəngində edilən radikal prostatektemiyadan sonra, cərrahın sahib olduğu laporoskopik cərrahi təcrübənin də Vinci Robot Sistem texnologiyası ilə birləşdiyi və cərrahiyyənin en üst səviyyəyə çatdığı urolojik cərrahi metod böyrək xərçənginde tətbiq edilən Parsial Nefrektomiyadır.

Böyrək xərçənginde parsial nefrektomiyanın vacib endikasiyaları arasında

  • eyni zamanlı iki tərəflə böyrək xərçəngi xəstələri,
  • soliter (tək böyrəkli şəxsdə) böyrəkdə xərçəng olması (unilateral renal ageneziya və ya daha əvvəlcədən konturlateral nefrektomiya)
  • tam funksiya göstərməyən və ya heç funksiya göstərməyən digər böyrək ilə birlikdə xərçəng olması

Böyrək xərçənginde parsial nefrektomiyanin vacib olmayan endikasiyaları arasında

  • Irəli mərhələdə böyrək yetərsizliyi riski olan xəstəliklərin olması (misal diabet, yüksək təzyiq)
  • Kiçik və xaricə doğru uzanan xərçənglər
  • Gənc yaşda böyrək xərçənginin görülmesi
  • Ailəde böyrək xərçəngi görülmesi (genetik meyl)

UPJ Darlığının Müalicəsində da Vinci Robot Cərrahiyyəsi

İki yanaşmada da müsbət nəticə baxımından fərq yoxdur. Üstünlük və çatışmazlıqlar sadəcə metod səviyyəsindədir.

Üreter-pelvik birləşmə yeri (UPJ) nədir?

Böyrəyin en vacib vəzifəsi qanı filtrə edib, artıq maddələri və tuzları əmələ getirdiyi sidik ilə vücuddan kənara atmaqdır. Böyrəyin əmələ gətirdiyi sidik öncəliklə böyrək içindəki kiçik sonra böyük toplayıcı kanallardan sidiyin toplandığı hovuza (pelvis renalis) gəlir (Səkil-1) və buradan üreter ilə sidik kisəsinə (mesane) bir Müddət depolanmak üçün ötürülür. Pelvis ilə üreterin birleşdiyi nöqtə (Səkil-1, qara dairə) UPJ -üreteropelvik junction türkcə birləşmə yeri- deyilir.

Əsasən uşaqlıq vaxtında olmaq üzərə, böyrəkdəki hovuz (pelvis) ilə üreter arasındakı keçiş nöqtəsındə sidiyin daşınmasında bir darlık nəticəsində sidik drenajinda problem olur (şəkil-1, qara dairə). Buna üretero-pelvik birləşmə darlığı (UPJ darlığı) deyilir. Sidiyin axımındakı bu əngəl səbəbiylə, sidik böyrək hovuzunda (pelvis) toplanır və pelvisdə genişləmə (hidronefroz) meydana gəlir. Bu zamanla böyrək funksiyasının azalmasına və ya tamamən yox olmasına gətirib çıxarır.

Şəkil-1: Böyrək hovuzu (renal pelvis) və üreter ilə diger iç quruluşu. Pelvis ilə üreter arasındaki keçiş nöqtəsi UPJ darlığının olduğu bölge (qara daire)

UPJ darlığının en sıx səbəbi anadangəlmə olaraq bu birləşmə yerindəki əzələ hüceyrələrinin inkişaf etməməsidir. Bu əsasən 1500 uşaqdan 1-inde olur. Bu daralma əsasən ana bətnində, böyrəyin inkişaf müddətində başlayır. Günümüzdə, əsasən ana bətnində ikən edilən ultrasəs ilə ortaya qoyulur.

Orta yaşlarda daha az qarşılaşılmasına baxmayaraq, darlığa və bunun səbəb olduğu hidronefroza ya da böyrəktə əmələ gələn daşa bağlı meydana gələn ağrılarla özünü göstərir. Bu ağrı aralıqlı şəkildə olan şiddetli ağrılar şəklinde ola biləcəyi kimi, künt, yüngül bir böyür və ya bel ağrısı şəklində də ola bilir. Bazı xəstələrdə maye ya da su içilməsi ilə ağrı arta bilir.

UPJ darlığının müalicəsi da Vinci Robot Sistem ilə necə edilir?

Müalicə üsulları haqqında məlumat vermədən öncə bilinməsi vacib nöqtə, 18 aylıq və daha kiçiklərdə UPJ -deki yetərsiz sidik keçişinnin müvəqqəti ola biləcəyi və öz-özünə düzələ biləcəyi mütləq bilinməlidir. Ancaq darlıq olanlarda və bu darlığın yaratdığı böyrək xəstəliyində, 18 aylıqdan kiçik olsa belə cərrahi müalicə tək çıxış yolu ola bilər.

Bəzi körpələr ya da uşaqlar ilk mərhələdə aşkar edilən şiddətli UPJ darlığına baxmayaraq sürətlə aylar içində düzele bilərkən, bəzilərində sağalma olmaz ya da daha da vəziyyət pisləşməyə doğru gedər. Bu səbəblə bu yaşdakı uşaqların çox yaxından izlənməsi vacibdir. Ailə bu məsələdə məlumatlandırılmalıdır. Bu izləmə əsasən periodik ultrasəs ilə böyrək pelvisindəki genişləmənin (hidronefroz) dərəcəsinin ölçümü şəklində gerçəkləşdirilməkdədir.

UPJ darlıgı diaqnozu qoyulmuş və zamanla sağalma ehtimalı olmayan xəstələrdə cərrahi müalicə lazımdır.

Klassik UPJ darlığı əməliyyatı, açıq cərrahiyyə ilə dar olan UPJ bölümünün çıxarılması və üreterin pelvise (böyrək hovuzu) yenidən birləşdirilməsidir (Şəkil-1). Bu əməliyyata "Dismembered Pyeloplasti" deyilir.

Şəkil-1: Böyrək çıxışında çarpaz damara bağlı UPJ darlığı və bu darlığın cərrahi müalicə ilə çıxarılması və böyrək hovuzu ilə üreterin yenidən birləşdirilməsi

Açıq pyeloplasti əməliyyati digər böyrək əməliyyatlarındakı kimi qabırğanın altında sağda ya da solda digər qapalı cərrahi müalicə üsullarına göre daha böyük bir cərrahi kəsiyə ehtiyac duyulur. Təxmini 2-3 saat davam edən bir əməliyyat olub, müsbət nəticə şansı 95 %-dir. Əməliyyatdan sonras xəstəxanada qalma müddəti xəstənin yaşına və yerləştirilən drenaj borularının tipine bağlıdır.

Son illərdə gündəmə gələn laporoskopik cərrahi metodu ilə pyeloplasti əməliyyatları da, laporoskopik olarak gerçəkləştirilməkdədir. Açıq pyeloplasti əməliyyatındaki cərrahi proses olduğu kimi həyata keçirilir ancaq burda xəstəyə böyük bir cərrahi kəsik kəsilməz, sadəcə 3 ya da 4 kiçik dəliktən vücud içinə girilərək əməliyyat edilir. Bu metodle edilən pyeloplasti əməliyyatina "Laporoskopik Pyeloplasti" deyilir. Bənzər şəkildə təxmini əməliyyat Müddəti 2-3 saat olub, müsbət nəticə şansı 95-97%- dən çoxdur. Əməliyyat sonrası xəstəxanada qalma müddəti 1 ya da 2 gündür.

da Vinci Robot Pyeloplasti əməliyyatında laporoskopik cərrahiyyədəkinə bənzər şəkildə 3-4 kiçik dəlikdən əməliyyat edilir. Ancaq " da Vinci Robot Cərrahiyyəsi " ilə " Konvensionel Laporoskopik " cərrahiyyə arasında böyük bir fərq olmamasına baxmayaraq, da Vinci Robot Sistem ilə xəstələrimizə 3 ölçülu, yüksek keyfiyyətli, 10-20 dəfə böyütməli görüntü altında titrəməni ortadan qaldıran və vücud içində el kibi 7 istiqamətdə hərəkət edə bilmə qabiliyyəti ilə cərrahiyyəni gerçəkləşdirir. Bu texnolojik üstünlüklar cərraha böyrəyin çıxışında millimetrik səviyyədə bir plastik əməliyyat olan pyeloplasti əsnasında millimetrik tikişlərin titrəməyən Robot qollar ilə üç ölçülü "high definition" (yüksək keyfiyyət) görüntü altında fərqli bucaqlar altında rahatlıqla yerləşdirməsinə şərait yaradır. Bu millimetrik səviyyədəki cərrahiyyənin müsbət nəticə baxımından çox vacibdir.

Aparılan elmi araşdırmalarda əməliyyatin nəticəsi baxımından da da Vinci Robot Pyeloplasti, laporoskopik və açıq metodlar arasında fərq yoxdur. Ancaq da Vinci Robot Pyeloplastide laporoskopik və xüsusilə açıq cərrahiyyəyə göre bəzi üstünlüklər vardır.

da Vinci Robot Pyeloplasti əməliyyatının en vacib üstünlüklərı nələrdir?

"da Vinci Robot Pyeloplasti"nin en vacib üstünlükləri,

  • açıq cərrahidəki kimi böyük bir cərrahi kəsiyə ehtiyac duyulmaz, kiçik dəliklərdən edilir
  • daha böyük və aydın görüntü altında əməliyyat gerçəkləşdirilir.
  • görüntünün yüksek keyfiyyətli və 3 ölçülüdür
  • 3 ölçülü görüntü səbəbiylə dərinlik üstünlüyü var.
  • Titrəməyən və 720 dərəcə bucaqla hərəkət qabiliyyətinə sahib kiçik Robot qollar ilə millimetrik və hər istiqamətdə tikişlər rahatlıkla yerləşdirilir
  • çarpaz damar varlığı aydın olarak sübut edilir və müalicə edilir
  • böyütməli görüntü( təxmini 10 dəfə böyük görüntü altında) birləşdirilmə əməliyyati edilir
  • əməliyyat sonrası, açıq cərrahiyyəyə göre, ağrı daha azdır
  • əməliyyat sonrası xəstəxanada qalış müddəti daha qısadır
  • daha kısa qüddətde və sürətli sağalma olur
  • açıq cərrahiyyəyə göre daha yaxşı bir estetik görüntü vardır.

Böyrəkdə heddindən artıq şişmə və ya UPJ darlığı səviyyəsində çarpazlayan damar varsa ilk cərrahi seçim mütləq "Laporoskopik Pyeloplasti" ya da texnolojik üstünlüklərinin müalicədə əksi düşünüldüyündə " da Vinci Robot Pyeloplasti " olmalıdır.

da Vinci Robot Pyeloplasti qarın içindəki bağırsaqları əhatə edən periton zarının içindən keçilərək (yəni transperitoneal) olaraq edilə biləcəyi kimi bu zara heç girmədən və bağırsaqlara təmas etmədən (yani retroperitoneal) da ola bilər. İki yanaşmada da nəticə baxımından fərq yoxdur. Üstünlük və çatışmazlıqlar sadece metod səviyyəsindədir.

Retroperitoenal Transperitoneal
Üstünlüklər Üstünlüklər
Bağırsaqlarla təmas yoxdur Geniş əməliyyat boşluğu
Daha əvvəl qarın əməliyyatı olsa belə tətbiq edilə bilər. Çarpaz damar transpozisiyasında rahatlıq
Sidik ifrazında daha az problem.
Üstünlük yoxdur
əməliyyat zamanı
Gözlənməyən təsir faizi
Müsbət nəticə faizi

2005 ci ildən bu yana etdiyim və bir çox elmi yığıncaqda məruza etdiyim 70 xəstənin üzerindəki laporoskopik pyeloplasti əməliyyatlarındakı müsbət nəticə faizim %95 olub, qalan xəstələrdə nəticə faizinin istədiyim seviyyədə olmamasının səbəbi xəstələrin irəli mərhələlərdə və həddindən artıq genişlənmiş böyrəklərinin olduğu üçün böyrəyi xilas etmək məqsədi ilə əməliyyatın edilməsidir. Laporoskopik plastik bir əməliyyat olan pyeloplasti əməliyyatı kimi ince, millimetrik səviyyədə və xətasız həyata keçirilən bir metodda sahib olunan təcrübəni " da Vinci Robot Sistem "in verdiyi yuxarıda sayılan texnolojik üstünlüklərlə birləşdirsək en üst səviyyədə müalicəyə əks etdirmək en modern yanaşmalardan biri olaraq hesab edilir.

da Vinci Robot Pyeloplasti əməliyyatındaki müsbət nəticə kriteriyalarımız:

  • Böyrəkteki şişməmim düzəlməsi və ya azalması
  • Ağrının tamamən yox olması
  • Sintigrafiyada böyrəyin rahatlıqla boşalmasının görülməsi.