Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə

Bölmə Haqqında

Bölmə Haqqında

Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi (bərpa cərrahisi) ilə əlaqədardır. Kosmetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir. Rekonstruktiv cərrahi isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilir və birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.

Rekonstruktiv Cərrahi

Rekonstruktiv cərrahi (bərpa cərrahisi) doğuşdan gələn anormallıqlar, inkişaf anomaliyaları, qəza nəticəsindəki yaralanmalar, infeksiyalar, şişlər (xoşxassəli və bədxassəli) və digər xəstəliklər nəticəsində əmələ gələn zədələnmiş bədən qisimlərinə tətbiq edilir. Burada əldə ediləcək görünüşə diqqət edilsə də əsil məqsəd, yaralanmış və funksiyalarını itirmiş bədən qisimlərinə yenidən funksiya qazandırmaqdır.

Rekonstruktiv cərrahi özü-özünə yaxşılaşması mümkün olmayan; ya da özü-özünə yaxşılaşdıqda tam yaxşılaşmayan və işləməsi mümkün olmayan orqanları – bədən qisimlərini bərpa edir və funksiyalarını geri qaytarır.

Estetik Cərrahi

Xarici görünüş müasir həyatda vacib bir ünsür halına gəlmişdir; və bu səbəblə günümüzdə insanlar sadəcə ruhi olaraq deyil, xarici görünüşləri ilə də özlərini yaxşı hiss etmək istəməkdədirlər. Estetik cərrahi xoşa getməyən bədən strukturlarını yenidən formalaşdıraraq insanın görünüşünü və özünə baxışını inkişaf edə bilər.

İnsan sosial bir varlıqdır və insanın özünə baxışı sosial münasibətlərinə və bütün həyatınə birbaşa təsir göstərir. Özünə baxışın yaxşı istiqamətdə dəyişməsi insanın sadəcə cəmiyyət içində deyil, yalnız başına olduqda da daha çox özü ilə barışıq, xoşbəxt və özünə inamlı olmasını təmin edir. Özünə baxışından məmnun olan insanlar işlərində daha səmərəli olur, münasibətlərində özlərini etibarlı və dəyərli hiss edərək digər insanlara daha müsbət yaxınlaşır. Nəticədə, insanın özü, ətraf mühiti və həyatla olan münasibəti daha sağlam və səmərəli olacaqdır.

Gözəllik zaman və məkan ilə dəyişən şərti bir qavrayışdır. Estetik cərrahinin lazımi olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndirirlər.

Tez tez tətbiq edilən estetik, plastik və rekonstruktiv cərrahi əməliyyatlar:

1) Estetik - Kosmetik Əməliyyatların Tətbiq Sahələri:

  • Burundakı forma qüsurları
  • Üz sümüklərindəki forma qüsurları
  • Çənə sümüyündəki forma qüsurları
  • Qarın və ayaqlarda, qollarda həddindən artıq piylənmə, piy yığımındakı nizamsızlıqlar
  • Məmə nisbətsizlikləri (böyüklük-kiçiklik) və məmədə sallanmalar
  • Dəri problemləri: qırışlar, istənməyən ləkə və tatuirovka, izlər
  • Üzdə yaşlanma: üz-boyun dərisinin və əzələlərinin sallanması, qırışma
  • Alt-üst göz qapağında sallanmalar

2) Doğuşdan Gələn Əskikliklər Və İnkişaf Anormallıqlarının Bərpası:

  • Doğum ləkələri, xallar, hemangiomlar
  • Anormal məmə inkişafı
  • Dodaq-damaq yarıqları
  • Əl, barmaq və qol anomaliyaları
  • Üz, üz sümükləri və qafatasında anormallıqlar
  • Geniş qulaq və digər qulaq anomaliyaları
  • Qadın və kişi uro-genital sistemdə inkişaf anomaliyaları

3) Travma Və Xəstəliklər Səbəbi İlə Sonradan İnkişaf Edən Anormallıqların Bərpası:

  • Kəsiklər, yara izləri
  • Yanıqlar və yanıq zədələrinin müalicəsi
  • Yumşaq toxuma yaralanmaları
  • Baş, boyun, gövdə və əl-ayaqlarda xərçəng cərrahisi və bərpası
  • Xərçəng ya da yaralanmalardan sonra əmələ gələn məmə itkiləri, forma qüsurları
  • Yaxşılaşmayan yaralar, yataq qaraları,
  • Təcili barmaq, əl və qol yaralanmaları, itkiləri
  • Çənə yaralanmaları, qırıqları, çənədəki oynaq qüsurları
  • Üz sümüyündə qırıqlar, üz yaralanmaları, üz iflicləri
  • Göz qapağının yaralanmaları ya da görməyi əngəlləyən qüsurları
  • Qəzalardan sonra meydana gəlmiş hər cür yumşaq toxuma əskiklikləri

Estetik Cərrahiyə Tez Baxış

Estetik cərrahi insanın özünə baxışını inkişaf etdirir və özünə inamını artıraraq özü və ətraf mühiti ilə daha yaxşı münasibət içində olmasını təmin edir, həmçinin daha barışıq bir həyat sürməsinə kömək edir. Bu bölmə də tez tez tətbiq edilən estetik cərrahi əməliyyatlara ümumi bir baxış yaratmaq məqsədilə hazırlanmışdır.

Estetik cərrahinin bu cür tətbiqlərinin çoxu kosmetik məqsədlərlə yerinə yetirilən əməliyyatlar olsa da, ümumiyyətlə eyni zamanda kökündə həqiqi tibbi bir məqsəd də daşıyırlar; və hər proses daima özünə məxsus xassələrə malikdir. Bununla bərabər, sadəcə estetik məqsədli deyil, hər cür cərrahi əməliyyatda bir miqdar müəyyənsizlik və risk də vardır. Bu riskləri ortadan qaldırmaq, ancaq mövzu haqqında məlumat almaqla və əməliyyatdan qabaq və ya sonra sahəsində təcrübəli olan doktorunuzun tövsiyələrinə tam olaraq riayət etməklə mümkündür. Sözü edilən cərrahi tətbiqlərlə əlaqədar daha ətraflı məlumat almaq üçün Plastik, Estetik və Rekonstruktiv Cərrahi Poliklinikamıza müraciət edə bilərsiniz.

Burun Estetikası - Rinoplastiya

Yerinə yetirilən cərrahi əməliyyat: Burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması. Kiçik donqarın (çıxıqlığın) götürülməsi, burun deşiklərinin daraldılması və burun ucunun incəldilib formalaşdırılması. Eyni zamanda var olan septum əyriliklərinin (deviasiya) düzəldilməsi.

  • Əməliyyat müddəti: 1-3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya
  • Xəstəxanada qalış: 0 - 1 gün
  • Mümkün rahatsızlıqları: Göz ətrafında şişliklər, qançırlar, keçici baş ağrısı, ilk 2 gün kiçik sızıntılar.
  • Riskləri: Reviziya tələb edə biləcək nizamsızlıqlar

Düzəlmə periodu:

Əməliyyatdan sonra 48 saat burunda tampon vardır, ilk 1 həftə burun gipsi və ikinci həftədə da burun binti istifadə edilir.

  • İşə dönüş: 1-2 həftə sonra,
  • Ağır məşqlər: 2-3 həftə sonra,
  • Eynək taxmama-zərbələrdən qorunma 8 həftə,
  • Şişliklərin tamamən itməsi: 2 ay,
  • Burnun dəyişməyəcək son halını alması: 1 il.

Yağ əmmə - liposaksiya:

Yerinə yetirilən cərrahi əməliyyat: İdmana və pəhrizə müqavimət göstərən artıq piy toxumalarının əmilərək bədənin formalaşdırılması. Ən tez tez tətbiq edilən qisimlər: bud, qarın və ətrafı, qıçlar, qollar, boyun-çənə altıdır.

  • Əməliyyat müddəti : Ümumiyyətlə 1- 2 saat, bəzən 3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya, lokal ya da epidural anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə qalınmır ya da 1 gün
  • Mümkün rahatsızlıqları: Keçici qançırlar, şişmə, həssaslıq, ya da hissizləşmələr
  • Riskləri: Asimmetriya, dəridəki nizamsızlıqlar, çox miqdarda maye verilməsi ya da çox miqdarda maye itirilməsi

Düzəlmə periodu:

Düzəlmə periodu: yağ əmilən hissənin ölçülərinə görə dəyişən şəkillərdə korset geyilir.

  • İşə dönüş: 1-2 həftə,
  • Ağır məşqlər: 3-4 həftə,
  • Şişlik və qançırların tamamən itməsi: 1-6 ay,
  • Pəhriz və idman proqramları tətbiq edilməlidir.

Üz gərmə / alın gərmə - face lift/ browlift:

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Üz-boyun və alın hissəsindəki sallanmış-qırışmış dərinin və artıq piy toxumalarının alınıb, əzələlər və dərinin çəkilərək üzün gərilməsi, gəncləşdirilməsi.

  • Əməliyyat müddəti: 3 saat, lazım olan miqdara görə daha qısa ya da uzun ola bilər: 2-4 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya, zonaya bağlı tətbiqlər üçün yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada kalış: 1-2 gün, Alın gərmədə: 0-1 gün
  • Mümkün rahatsızlıqları: Keçici şişlik və qançırlar, dəridə həssaslıq ya da hissizlik və keçici bir gərginlik hissi. Dəridə qurumalar.
  • Riskləri: Üz əsəblərinin zədələnməsi: sıxlıqla şişliyə bağlı keçici olaraq və nadirən de zədəyə bağlı qalıcı olaraq. Alında asimmetriya.

Düzəlmə periodu:

  • İşə dönüş: 14-20 gün,
  • Ağır məşqlər: 2 həftə,
  • Qançırların keçməsi: 2-3 həftə,
  • Günəşdən qorunma: 4-6 ay

Qarın Gərmə - Abdominoplastiya

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Qarın və göbək zonalarında ortaya çıxan artıq piy və dərinin alınması və qarın divarının incəldilib sıxlaşdırılması

  • Əməliyyat müddəti: 2 saat - 3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya
  • Xəstəxanada qalış: Xəstəxanada qalma müddəti xəstəyə məxsus ümumi hal və əməliyyat müddətinə görə dəyişir. 2 - 4 gün
  • Mümkün rahatsızlıqları: Keçici ağrı, qarın dərisində şişlik, həssaslıq, hissizlik və bir neçə həftə qala bilən qançırlar.
  • Riskləri: İnfeksiya, deri altında qanaxma, uyğun olmayan düzəlmə səbəbi ilə dəri izinin aşkar olması və dəri zədələnməsi.

Düzəlmə periodu:

  • İşə dönüş: 2-4 həftə, bu müddət ərzində korset geyilir, ağır yük qaldırılmır.
  • Ağır məşqlər: 4-6 həftə,
  • İzlərin düzləşib görünməməsi: 3 ay - 2 il

Məmə Böyütmə - Məmə Auqmentasiyası

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsi.

  • Əməliyyat müddəti: 40 dəqiqə-2 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə lazım olmur, 0-1 gün
  • Mümkün rahatsızlıqları: Keçici sızı, şişlik, məmə ucunun hissində keçici olaraq azalma. Məmədə bir neçə həftə toxunmaya qarşı həssaslıq.
  • Riskləri: Məmənin içindəki protezin ətrafında sərt bir örtük əmələ gəlməsi (kapsula kontrakturası), qanaxma və infeksiya kimi ümumi cərrahi risklər, məmə ucunun hissiyyatında artma ya da azalma, daha sonrakı mammoqrafiyalarda sahəsində təcrübəli bir radioloqun tələb olunması.

Düzəlmə periodu:

  • İşə dönüş: 1-3 gün,
  • Döşlərə fiziki təmas 2-3 həftədir, telsiz sportçu lifçikləri geyilir,
  • İzlərin solması: 2-4 ay

Məmə Çəkmə - Mastopeksiya

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Sallanan döşlərin və məmə ucunun dikləşdirilib formalaşdırılması.

  • Əməliyyat müddəti: 1- 3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da çox nadir əməliyyatlarda yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə 1 gün, kiçik əməliyyatlarda qalış yoxdur.
  • Mümkün rahatsızlıqları: Keçici qançırlar, şişmə, dəridə hissizləşmə-keçici quruma, əməliyyat izləri
  • Riskləri: İzlərin aşkar olması, infeksiya, dəri zədələri, məmə uclarının asimmetriyası, dəridə his itkisi

Düzəlmə periodu:

Əməliyyatdan sonra tikiş yerlərində yaxşılaşma tamamlanmasına qədər bint və lifçik geyilir.

  • İşə dönüş: 1-2 həftə,
  • Ağır məşqlər: 1 ay,
  • İzlərin solması: bir neçə ay - 1 il

Göz qapaqları estetik cərrahisi - blefaroplastiya:

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Üst və alt göz qapaqlarındakı sallanma və torbalanmaların, artıq dəri-yağ və əzələlərin alınaraq ortadan qaldırılması.

  • Əməliyyat müddəti: 30 dəqiqə - 2 saat; üst, alt və üst + alt göz qapağına tətbiq edilməsinə görə dəyişməkdədir.
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Qalınmır, keçici olaraq bir müddət təqib edilir ya da 1 gün.
  • Mümkün rahatsızlıqları: Keçici gərginlik hissi və qançırlar, göz qurumaları ya da yaşlanmaları, gözlərdə keçici qaşınma
  • Riskləri: Qanaxma ( 2 həftə qabaqdan qanaxmanı artıracaq dərmanların içilməsi dayandırılmalıdır), infeksiya, nadirən alt qapaqda çəkintilər

Düzəlmə periodu: İşə dönüş: 7-10 gün, Oxuma: 3. gün, Kontakt linza istifadəsi: 2-ci həftə, Qançırların tamamən itməsi: 2 həftə

Dodaq - Damaq Yarıqları

Rekonstruktiv və Estetik Problemləri ilə Doğuşdan Gələn bir Anomaliya.

Dodaq-damaq yarıqları hər 600 - 800 doğumda 1 sıxlıqla görülən doğuşdan gələn bir anormallıqdır. Bu yarıqlar tək tərəfli, iki tərəfli, tam ya da qismi ola bilərlər. Bu anormallıqla qarşılaşan ailə, mövzu haqqında ətraflı məlumatı olmadığından ötrü ümumiyyətlə dərin bir xəyal qırıqlığı və qorxu yaşayırlar. Halbuki günümüzdəki müxtəlif tibb sahələrinin iştirakı ilə bir briqada çalışması aparılaraq bu uşaqların müalicələri və tamamən normal bir insan olaraq həyatlarına davam etmələri mümkündür.

Dodaq-damaq yarıqlarının müalicəsində vəzifə alacaq mütəxəssislər: Plastik cərrah, Uşaq doktoru, Diş doktoru, Qulaq burun boğaz mütəxəssisi, danışma terapisti, Psixiatr və Genetika mütəxəssisidir.

Dodaq damaq yarıqlı uşaqlarda görülən problemlər və həlləri:

Bəslənmə-böyümə və inkişaf:

Damaq yarığı var isə, yarıqdan ötrü ağız içində kifayət qədər əmmə təzyiqi meydana gələ bilməyəcəyindən ötrü bu uşaqlarda əmmə çətinliyi və buna bağlı da bəslənmə əskikliyi görülür. Əmmə çətinliyi olan bu uşaqlarda udma refleksi vardır; uyğun pozisiyada , uyğun qida ilə və texnikasına uyğun bəslənirlərsə bu bəslənmə çətinliyindən təsirlənmirlər. Bununla birlikdə, doğru bəslənmə təlimini alan ailələrin bəbəklərində qidaların tənəffüs yollarına qaçması daha nadir olacağından, tənəffüs yolları infeksiyaları da daha az görülməkdədir.

Uşaq doktoru tərəfindən bəslənmə yaxşı kontrol edilərsə, plastik cərrahinin əməliyyat təqviminə uyğun kilo və inkişaf təmin edilə bilər. Bu məqsədlə, əvvəlcə diş həkimi tərəfindən, əməliyyat olacağı zamana qədər damaq yarığını bağlamağa yarayan "obturator" adlı bir damaq protezi doğumdan sonra dərhal hazırlanır və istifadə edilməyə başlanır. Bu protez uşağın əmməsini mümkün hala gətirir. Vacib qeyd: Bu uşaqlar damaq yarığı səbəbi ilə tez tez üst tənəffüs yolları infeksiyasına məruz qalırlar; ancaq hər zaman xatırlanmalıdır ki, damaq bərpası həyata keçirilənə qədər "badamcıq vəzisi əməliyyatı" aparılmamalıdır.

Dodaq damaq yarığının bərpası:

Doğuşdan sonra davamlı olaraq izlənən bu uşaqlar kifayət qədər kilo və inkişafa çatdıqda həm dodaqdakı yarıq-forma qüsurları həm də damaqdakı yarıq Plastik Cərrahi tərəfindən 1-1,5 saatlıq bir əməliyyatla asanlıqla bərpa edilir. Ümumiyyətlə dodaq yarığı 3-6-cı aylarda və damaq yarığı isə 15-18-ci aylarda əməliyyat edilir.

Orta qulaq xəstəlikləri - eşitmə:

Damaq yarığı səbəbi ilə orta qulaq ilə damaq arasındakı əlaqənin pozulduğu bu uşaqlarda, "seroz otit" adı verilən orta qulaq iltihabının görülməsi çox sıxdır. Qulaq-burun-boğaz mütəxəssisi, damaq bərpasından qabaq uşağı müayinə edir və lazımi görərsə plastik cərrahın damağı bərpa edəcəyi seansda qulaq zərinə borucuq yerləşdirərək problemi ortadan qaldıra bilər.

Danışma:

Damaqda yerləşən yarıqdan ötrü danışmada vəzifəli əzələlərin tamlığı-hərəkətləri pozulmuş və danışmanı meydana gətirən "havanın ağzın içində həbs olunması" funksiyasını imkansız hala gətirmişdir. Bu uşaqların özlərinə məxsus bir "hım-hım" danışma şəkli vardır. Əməliyyatdan qabaq və sonra danışma terapiyaları, korlanan danışma qabiliyyətini normal hədlərə yaxın hala gətirə bilər.

Ortodontik problemlər:

Damaq yarığı olan uşaqlarda diş düzülümü də əksəriyyətlə bu anomaliyadan təsirlənir və korlanır. Diş doktorları-ortodontistlər əməliyyatdan qabaq və sonra xəstəni təqib edərək yeniyetməliyə çatdıqda mümkün olduğu qədər normal bir diş düzülümü əldə edirlər.

Estetik problemlər:

Plastik cərrahi, dodaq yarıqlarını, üst dodaqda qısa izlər buraxaraq asanlıqla bərpa edilə bilər. Bu izlər zamanla və böyümənin də təsiri ilə genişlənə bilərlər. İzlər zamanla aydınlaşırsa yeniyetməlik çağına gəldikdə izlərin daha solğun hala gətirilməsi üçün reviziya əməliyyatları lazım ola bilər.

Dodaq - damaq yarıqlı xəstələrdə burun şəklində aşkar bir qüsur da görülə bilər. Daha kiçik yaşlarda burun qığırdaqlarının inkişafına imkan yaradacaq cərrahi əməliyyatlar dodaq yarığı bərpası ərzində yerinə yetirilir. Böyümə-inkişaf tamamlandıqdan sonra, estetik-rekonstruktiv burun əməliyyatı tətbiq edilərək burundakı forma qüsurları da ortadan qaldırılır.

Psixiatriya dəstəyi:

Dodaq damaq yarığı ilə doğulan uşaqların ailələrində və daha irəli yaşlarda bu uşaqların özlərində ortaya çıxan xəyal qırıqlıqları və təlaş üçün psixiatriya dəstəyi tələb oluna bilər. Xəstəlik və gətirdiyi problemlərlə üzləşmə və uzun çəkə bilən mərhələli multi-dissiplinar müalicə proqramına uyğunlaşma, professional bir köməklə həm ailə və həm de uşağın özü üçün daha çox asanlaşacaqdır.

Genetik dəyərləndirmə:

Tibbi genetik mütəxəssisləri tərəfindən xəstəliyin ailədəki irsi strukturu, mümkün səbəbləri və daha sonrakı uşaqlarda ortaya çıxış riskləri dəyərləndirilir; və ailəyə bu mövzu haqqında məlumat verilir.

Dodaq damaq yarıqları hər cəhətdən müalicəsi mümkün olan anomaliyalardır. Ailənin xəstəlik haqqında məlumatlandırılması və nəzərdə tutulan müalicə proqramına bağlı qalması ilə bu uşaqlar da normal bir şəxs olaraq həyatlarına davam edə bilərlər.

Bölmə Həkimləri