Onkologiya Mərkəzi

Bölmə Haqqında

Xərçəng xəstəlikləri, bədxassəli hüceyrələrin nəzarətdən çıxaraq çoxalması və insan orqanlarını zədələməsidir. Xərçəng xəstəliklərində diaqnostika və müalicə metodlarının təyin edilməsi və müalicədən sonra nəzarət mexanizmləri çox böyük əhəmiyyət daşıyır. Xərçəng xəstliklərinin hər bir mərhələsində multidisiplinar (çoxtərəfli) metoda üstünlük verilir.  Xərçəngi görüntüləmə sistemi, erkən diaqnostikaya, əməliyyat prosesinə və radioterapiya prosedurlarına güclü nəzarəti təmin edir. Son illərdə elmdə əldə olunan nailiyyətlər əsasında xərçəng xəstəliyinin müalicəsində əhəmiyyətli irəliləyiş hiss olunur. Memorial Onkologiya Mərkəzi tibbi texnologiyanın və beynəlxalq səviyyədə toplanmış təcrübə sayəsində xərçəng xəstəliyinin diaqnostika və müalicəsinə öncülük edir.

Radioterapiya yolu ilə onkoloji xəstəliklərin müalicəsi, Truebeam STx

TrueBeam STx şüalandırma yolu ilə, xərçəng şişlərinin diaqnoz edilməsi və müalicəsi üçün istifadə olunur. TrueBeam STx vasitəsilə radiocərrahi əməliyyatlar və radioterapiya həyata keçirilir. Kiberbıçaq və Gammabıçaqla müqayisədə, TrueBeam STx müvafiq olaraq, daha böyük xərçəng şişlərində də uğurla istifadə olunur, və beyin də daxil olmaqla, digər orqanlardaki xərçəng şişlərini müalicə edir.

TrueBeam STx Memorial Şişli Xəstəxanası, Memorial Ankara Xəstəxanası, Memorial Antaliya Xəstəxanasında Radiyasiya Onokologiyası Bölmələrində istifadə olunur.

Bizimlə Əlaqə

Telefon: +90 212 444 7 888
E-mail : internationalpatients@memorial.com.tr

Bölmə Həkimləri