Orqan Nəqli (Transplantasiyası)

Bölmə Haqqında

Bu gün tibb sahəsində transplantasiyaya uyğun olan orqanlar aşağıdakılardır: 

ürək, ağ ciyər, ürək və ağ ciyər birlikdə, qaraciyər, böyrək, mədəaltı vəzi və bağırsaq.

Xəstə-həkim-xəstəxana münasibətləri ilə yanaşı, orqan donorluğu da orqan transplantasiyasının tərkib hissəsidir. Qaraciyər donorlarının çatışmazlığı səbəbiylə, qaraciyər xəstələrinin orqan gözləmə zamanı hər il uzanır. Hər il yüzlərcə insan qaraciyər orqanı gözləyərək ölür.

Memorial Xəstəxanası Transplantasiya Bölməsi Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ilk sertifikat alan və təsdiqlənən qaraciyər və böyrək transplantasiyası mərkəzidir. Beləliklə, Memorial Xəstəxanası Transplantasiya Bölməsində uğurla qaraciyər və böyrək transplantasiyası həyata keçirilir.

Qaraciyər Transplantasiyası

Böyüklər arasında qaraciyər xəstəliklərindən ən çox sirroza rast gəlinir. Sirroz xəstəliyi sağlam hüceyrələrin zədələnməsidir (əksəriyyəti Hepatit B). Sirrozun digər səbəbləri: anadangəlmə xəstəliklər və bəzi metabolik xəstəliklərdir.

Qaraciyər donorluğu fərqli mənbələrdən gələ bilər. Ümumiyyətlə donor qaraciyər, kadavradan alınır (beyni ölü ama digər orqanları fəaliyyətdə olan insan nəzərdə tutulur). Qaraciyər donorlarının çatışmazlığı səbəbiylə, qaraciyər xəstələrinin orqan gözləmə zamanı hər il uzanır. Hər il yüzlərcə insan donor orqanı gözləyərək ölür. Donor qaraciyərlər ailə üzvündən də alına bilər. Bu halda qaraciyərin bir hissəsi bağışlanır.

Qaraciyər transplantasiyasının çox önəmli hissələrindən biri də qan alıcı ilə vercinin qan qrupunun uyğun olmasının vacibliyidir. Ailə üzvlərindən və ya yaxınlardan kimsə qaraciyərinin bir hissəsini xəstəyə bağışlaya bilərsə, həmin qaraciyərin bir hissəsi alıcıya transplantasiya edilir.

Canlı donor, alıcının qan qohumu olmaya bilər amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışını könüllü həyata keçirməlidir.

Donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib keçirilməməsi məsələsinə doktorlar qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yolu olur. İdeal vəziyyətdə alıcı və vericinin qan qrupu uyğun olur. Təcili hallarda qan qrupu uyğun olmayanlar arasında da transplantasiya həyata keçirilə bilər amma qaraciyər ölçüsünün uyğun olması vacibdir.

Ən çox verilən suallar

Qaraciyər transplantasiyası nədir?

Xəstə qaraciyərin cerrahi əməliyyat yolu ilə aradan qaldırılması və sağlam biri ilə əvəz edilməsi.

Qaraciyər transplantasiyası hansı durumlarda tövsiyyə edilir?

Qaraciyər transplantasiyası, qaraciyər sirrozu, bəzi anadangəlmə xəstəliklər və qaraciyər xərçəng şişləri zamanı tövsiyyə edilir.

Xəstələr üçün donor orqanlar necə əldə edilir?

Canlı donor, alıcının qan qohumu olmaya bilər amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışını könüllü həyata keçirməlidir.

Donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib keçirilməməsi məsələsinə doktorlar qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yoludur. İdeal vəziyyətdə alıcı və vericinin qan qrupu uyğun olur. Orqanların satışı qeyri-qanunidir.

Canlı donordan qaraciyər transplantasiyası edilir mi?

Canlı donor, alıcının qan qohumu olmaya bilər amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışını könüllü həyata keçirməlidir.

Donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib keçirilməməsi məsələsinə doktorlar qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yoludur. İdeal vəziyyətdə alıcı və vericinin qan qrupu uyğun olur. Təcili hallarda qan qrupu uyğun olmayanlar arasında da transplantasiya həyata keçirilə bilər amma qaraciyər ölçüsünün uyğun olması vacibdir.

Hər hansı qaraciyər digər insana donor orqan olaraq bağışlana bilər mi?

Xeyir, bağışlana bilməz. Qaraciyər transplantasiyası üçün bir sıra tələblər var. Donor aşağıdaki keyfiyyətlərə sahib olmalıdır:

  • Donorun da, orqanı alan insanda olduğu kimi, təxminən eyni çəki və bədən ölçüsü olmalı
  • Heç bir qaraciyər xəstəliyi və ya infeksiyası olmamalı.
  • Eyni və ya uyğun qan qrupu olmalı.

Çox təcili hallarda, xəstənin həyatını xilas etmək üçün qan qrupu uyğun olmayan donordan da transplantasiya həyata keçirilə bilər.

Qaraciyər transplantasiyası risklidir mi?

Bəli. Qaraciyər transplantasiyası hər hansı digər əməliyyat kimi, özündə bəzi riskləri daşıyır. Aşağıdakı risklər əməliyyatdan sonra meydana gələ bilər: qanama, müxtəlif infeksiyalar, transplantasiya olmuş qaraciyərin funksiyalarının düzgün fəaliyyət göstərməməsi hansı ki, cərrahi əməliyyatdan sonra daha çox təsadüf olunur. Bəzən qaraciyər lazım olduğu kimi düzgün fəaliyyət göstərmir və bu baş verdikdə, xəstələr üçün çox böyük problemə çevrilir.

Xəstə qaraciyərin donor qaraciyəri imtina etməsi nə deməkdir?

Xəstənin immun sistemi transplantasiya olunmuş qaraciyərə hücum etdikdə, donor orqanın imtinası baş verir. İnsanın immun sistemi bədəni zərərli maddələrdən məsələn, mikroorqanizmlərdən, toksinlərdən və xərçəng hüceyrələrindən qoruyur. Bu zərərverici maddələrin üzərində antigen adı verilən proteinlər var.  İmmun sistemi antigenləri yad hesab etdikdə, onlara hücum edir. Eyni üsulla, yad qan və toxuma daha çox qan köçürülməsinə və transplantasiya olunmuş orqanın imtinasına gətirib çıxara bilər. Donor orqanının imtinasının qarşısını almaq üçün immonusuppressiv dərmanlar istifadə edilməlidir, bu olmazsa immun sistemi transplantasiya olunmuş orqanın toxumalarını tamamən məhv edə bilər.

Müalicə prosesinin məqsədi transplantasiya olunmuş orqanın düzgün fəaliyyət göstərməsini təmin etməkdir və eyni zamanda xəstənin immun sistemini nəzarətdə saxlamaqdır. İmmun sistemini nəzarətdə saxlamaqla transplantasiya olunmuş orqanın fəaliyyətini təmin etmək olar.

Dərman qəbul edilməsi transplantasiya olunmuş qaraciyər xəstəsi üçün ömürlükdürmü?

Bəli, xəstə qaraciyər transplantasiyasından sonra donor orqanın immun sistemi tərəfindən imtinası əleyhinə olan dərmanlardan istifadə etməli olacaq. Dərmanların qəbulu transplantasiya olunmuş xəstə üçün vacibdir. Dərmanlar qəbul edilməzsə, xəstənin immun sistemi donor orqanı inkar edəcək və bununla da qaraciyər normal fəaliyyət göstərə bilməyəcək.

Qaraciyər transplantasiyası nə dərəcədə uğurlu olur?

Memorial Xəstəxanasında uğurlu qaraciyər transplantasiyası faiz göstəricisi 93.8 %.

Qaraciyər transplantasiyasından sonra xəstə normal həyata dönə bilərmi?

Bəli. Qaraciyər transplantasiyasından sonra insanların əksəriyyəti normal həyata başlayır. Əslində bu cərrahi əməliyyatın əsas məqsədidir. Qaraciyər transplantasiyasından sonra hamiləlik və uşaq doğumu da mümkündür. Bir çox insan bir il içində idmanla məşqul olmağa başlayır.

Böyrək Transplantasiyası

Böyrək transplantasiyası böyrək çatmazlığının son dərəcəsindən əzab çəkən xəstələr üçün ən uyğun müalicə üsulu olaraq qəbul edilir. Böyrəklərinin 80%-i fəaliyyətdə olmayan xəstələrin həyatda qalması üçün hemodializə və ya periton dializə ehtiyacları vardır. Bu, dializ xəstələrinin həyatda qalmasını təmin edir, amma digər problemlərə də səbəb ola bilər. Qan dövranı sisteminə vurduğu zərər insanın sosial həyatına mənfi təsir göstərir. Bu səbəbdəndir ki, böyrək transplantasiyası ən münasib müalicə üsuludur.

Böyrək transplantasiyası olmuş xəstənin həyatı əməliyyatdan sonra yaxşılaşa bilər, amma böyrək çatmazlığı olan hər bir xəstə üçün transplantasiya əməliyyatı tətbiq oluna bilməz. Xəstəyə böyrək transplantasiyasının uyğun olub olmadığını bilmək bir neçə yoxlama və testdən sonra məlum olur:

İki növ donor vardır:

Canlı donor (ailə üzvündən)

Kadavradan donor (Digər orqanları düzgün fəaliyyət göstərən amma beyni ölmüş bir insan)

Alıcı və donorun uyğunluğunu təyin etmək üçün 3 əsas yol vardır: qan qrupu uyğunluğu, toxuma növü uyğunluğu və kross-uyğunlaşdırma.

Qan Qrupu Uyğunluğu

Böyrək transplantasiyası üçün tələb olunan prosedurlar qan köçürülməsi zamanı olan tələblərlə demək olar ki, eynidir. İnsanlarda 4 tip qan qrupuna rast gəlmək olar: 1, 2, 3, və 4. RH faktor da bu prosedura təsir göstərən amillərdən birisidir və qan qrupunun mənfi və ya müsbət olduğunu göstərir.

Müsbət və ya mənfi ünsürlər yalnız qandakı müəyyən hüceyrə tipinə aiddir və bu factor böyrəyin bir hissəsi deyil. Beləliklə, qandaki mənfi və ya müsbət xarakteristikanın alıcı və vericinin böyrək uyğunluğu ilə heç bir əlaqəsi yoxdur.

1-ci qan qrupuna aid olan xəstələr sadəcə 1-ci qan qrupu olan donorlardan donor orqan ala bilərlər. 2-ci qrup xəstələr, 1-ci qrup və ya 2-ci qan qrupu olan donorlardan orqan ala bilər.  3-cü qan qrupu olan xəstələr 1-ci və 3-cü qan qrupu olan donorlardan orqan ala bilər. 4-cü qan qrupu olan xəstələr, hər hansı bir qan qrupu olan vericidən donor orqan ala bilər.

Toxuma Uyğunluğu

Aydındır ki, verici və alıcının toxuma uyğunluğu nə qədər yaxın olarsa, o qədər də, transplantasiya olunmuş orqan daha çox yaşayar. Sıfır dərəcə uyğunsuzluğu olan böyrəyin, 4-6 dərəcə uyğunsuzluğu olan böyrəkdən, 5 ildən çox olmaq etibariylə, 40%-dən daha çox yaşamaq ehtimalı var. Toxuma uyğunluğu, kadavradan olan donor və calı donorlar olduğu halda çox vacibdir. Hərçənd ki, alternativ transplantasiya adı verilən cərrahi əməliyyatlarda, toxuma uyğunluğu olmadan belə transplantasiya həyata keçirilə bilər, çünki xəstənin heç bir seçimi qalmır.

Reaktiv Anticisimlər, PRA Testi

PRA, bədənin immun sisteminin ölçülməsi üçün bir üsuldur. PRA, antikorlar edildiyi zaman daha yüksək olur. PRA əvvəlki hamiləlik və əvvəlki transplantasiyalardan doğa bilər. Bu HLA antikorlar transplantasiyadan öncə təyin edilməlidir. Bu antikorların təyin edilməməsi transplantasiyadan sonraki donor orqanın imtinasına səbəb ola bilər. Dərman müalicəsi yolu ilə bu antikorların azalmasına nail olmaq olar.

Bölmə Həkimləri