PET/CT

Bölmə Haqqında

Pozitron Emissiyon Kompyuter Tomoqrafiyası (PET CT) yolu ilə xərçəngin erkən aşkar edilməsi

PET CT texnologiyasını tətbiq edərək, xərçəng xəstəliyinin diaqnostikasını, xəstəliyin hansı səviyyədə olduğunu və müalicə protokolunu təyin etmək olar. Radioaktiv dərmanlar vasitəsilə insan bədənindəki orqanların necə fəaliyyətdə olduğunu izləmək imkanı əldə etmək mümkündür. PET CT yolu ilə xərçəng xəstəliyinə qarşı effektiv mübarizə aparmaq olar.

PET CT texnoloqiyası özündə positron emissyon tomoqrafiya görüntüləmə sistemi və rentgen görüntüləmə sistemini birləşdirir, yəni PET CT bu iki funksiyanı bir sistemdə birləşdirir. PET, maqnit rezonans və rentgen funksiyalarının birləşldirilməsi, görüntülərin izahını daha asan edir.  

PET CT hansı hallarda istifadə olunur

  • Xərçəngin aşkar edilməsində.
  • Xərçəngin bədənin digər orqanlarına yayılıb yayılmamasını təyin etməkdə.
  • Müalicə planının hazırlanıb həyata keçirilməsində.
  • Daha öncəki müalicədən sonra xərçəngin təkrarlanmasının aşkar edilməsi.
  • Ürək əzələsinə qan axmanın təyin edilməsi.
  • Ürək tutması və ya miokard infarktın ürəyin digər hissələrinə təsirinin öyrənilməsində.
  • Koroner arter bypass əməliyyatının və ya anqioplastikanın tətbiqi zamanı ürəyin hansı bölgələrinin daha çox fayda alacağının təyin edilməsi (mikard perfuziya görüntülənməsi)
  • Mərkəzi sinir sistemi, şişlər, yaddaş problemləri, ürəkkeçmələr kimi digər beyin anormallıqlarının dəyərləndirilməsi,
  • İnsan beyni və ürək funksiyalarının normal fəaliyyətinin görüntülənməsi.

PET CT proseduruna necə hazırlanmalı

PET CT proseduru üçün ən az altı saatlıq aclıq gərəkir, çünki qida qəbul etmək PET CT-də istifadə olunan radioaktiv maddənin bədəndə yayılmasına təsir göstərər və optimal nəticənin əldə edilməsi mane ola bilər. Qida qəbul edildiyi zaman, PET CT proseduru başqa bir günə təxirə salına bilər, ona görə də bu qaydalara riayət etmək çox önəmlidir. PET CT prosedurundan bir neçə saat əvvəl, tərkibində şəkər və ya kalori olan hər hansı bir mayenin qəbul edilməsi tövsiyyə edilmir. Bunun əvəzinə sadə su içə bilərsiniz. Diabet xəstəsisinizsə, sizə xüsusi təlimlatlar veriləcək. 

Hamiləliyi olan və uşaqlarına süd verən qadınlar bu məsələrlə bağlı mütləq prosedurdan əvvəl texniki personalı bilgiləndirməlidirlər. Fizik və texniklər hər hansı bir vitamin, dərman və ya təbii ot əlavələrindən istifadə etdiyiniz haqqında məlumatlandırılmalıdırlar. Allerqiyanız və ya hər hansı bir digər xəstəlik haqqında məlumatları olmalıdır. PET CT prosedurundan öncə təlimatlandırılacaqsınız. Kompyuter tomoqrafiyasından əvvəl, zərgərlik, metal əşyalar, eynəklər, diş protezləri və saç sancaqları kənara buraxılmalıdır.

Prosedur necə həyata keçirilir

Hər şeydən öncə xəstənin qan şəkəri ölçülür. Qanda qlükozanın səviyyəsi kafidirsə, damardan radioaktiv maddə bədənə yeridilir. Bir neçə növ radioaktiv maddə mövcuddur və ən çox istifadə ediləni F-18 Fluorodeoxyglucose-dur. Fluoro-18, radioaktiv maddələrə bağlı olan şəkərli molekuladır. Bundan başqa hər gün istifadə edilən radioaktiv maddələr də vardır. Damardan yeridilən inyeksiyadan sonra xəstə təqribən bir saat içində uzanaraq qalır, maddənin bədəndə şübhə doğuran orqanda yayılması və onun tərəfindən hopdurulması ərzində gözlədilir. Uzanaraq mümkün qədər hərəkətsiz olmalısınız və danışmaqdan, ünsiyyətdən çəkinməlisiniz. Bundan sonra PET CT görüntüləri alınır və bütün prosedur 30 dəqiqə ərzində tamamlanır.

Bölmə Həkimləri

Memorial İstanbul Şişli Xəstəxanası

Memorial Diyarbakır Xəstəxanası