İstanbul Etiler Tibb Mərkəzi

Nispetiye Cad. Erdölen İşhanı, No: 38, Etiler/İstanbul
+99412 498 12 17

Memorial Etiler Ayaqüstü Müalicə Klinikasında məqsədimiz doğru, sürətli və ekonomik şəkildə, bütün həzm sistemi xəstəlikləri üçün diaqnoz və müalicə xidmətlərini göstərməkdir. Klinikamız bütün lazımi tibbi cihazlar, monitorlar, ERCP endoskopiya sistemləri, hərəkətlilik və lazer cihazları ilə təchiz edilmişdir və bu xidmətlər, beynəlxalq miqyasda təcrübəli akademik həkimlərimiz tərəfindən göstərilməkdədir.

Biz, "İkili balon" endoskopiyasını Türkiyədə ilk dəfə tətbiq edən Tibb Mərkəziyik. Bu metod, bütün incə bağırsağın araşdırılmasına imkan verir. Biz, dünyada az sayda mərkəzdə mövcud olan bu yeni texnologiyanı gətirməkdən ötrü qürur duyuruq.

Memorial Etiler Ayaqüstü Müalicə Klinikası, sahəsindəki ən son inkişafları davamlı təqib edəcək və bunları Türkiyədə tətbiq etməyə başlayacaqdır.

Tibbi Prosedurlar

Memorial Etiler Ayaqüstü Müalicə Klinikası tərəfindən təmin edilən sağlamlıq xidmətləri aşağıdakılardır:

  • İncə bağırsaq endoskopiyası (Türkiyədə ilk ikili balon endoskopiyası)
  • Qastroskopiya
  • Kolonoskopiya
  • ERCP (Endoskopik – Retroqrad - Pankreatik - Kolangioqrafiya)
  • Qara ciyər biopsiyası
  • Polipektomiya
  • Darlıqlar üçün balonla genişlətmə
  • Stent tətbiqləri
  • Qanaxmalarda lazerlə laxtalaşdırma
  • Hərəkətlilik testləri