Korporativ Məlumat
Səlahiyyət (JCI)
Türkiyədə Səlahiyyətli İlk Xəstəxana
Memorial xəstəxanası, JCI-nin (Beynəlxalq Ümumi Səlahiyyət) Türkiyədə səlahiyyət verdiyi ilk və dünyadakı 21-ci sağlamlıq mərkəzidir.
Bizim tibbi departamentlərimiz və təchizatlarımız JCIA (Beynəlxalq Ümumi Səlahiyyət Komissiyası) standartlarına əsaslanaraq planlanmışdır və fəaliyyət göstərməkdədir. JCI-nin web səhifəsinə baxmaq üçün buraya basın.
Bu səlahiyyət, sağlamlıq xidmətlərinin keyfiyyətini artırmaq və sağlamlıq təşkilatlarında ortaya çıxan riskləri aradan qaldırmaq və ya azaltmaq üçün lazım olan müəyyən standartları təyin edir. Bu işlər ümumiyyətlə müstəqil, gəlir məqsədi olmayan təşkilatlar tərəfindən həyata keçirilir.
Xəstəyə qulluq keyfiyyətinin artırılması, xəstələrin salamatlığının təmin edilməsi, risklərin azaldılması (həm xəstələr həm də işçilər üçün), tədqiqatların daimiliyi təşkilatımızın görünən məşğuliyyətləridir.
Qısaca, səlahiyyətin məqsədi aşağıdakı kimidir:
- Keyfiyyəti artırmaq
- Xərcləri azaltmaq
- Təsirliliyi artırmaq
- Təşkilatın etibarlığını artırmaq və gücləndirmək
- Sağlamlıq xidmətləri idarə sistemini inkişaf etdirmək
- Təhsil imkanları yaratmaq
- İş təminini inkişaf etdirmək
- Ədalətli ölçmə və qiymətləndirmə təmin etmək
JCIA (Beynəlxalq Ümumi Səlahiyyət Komissiyası) və JCAHO (Sağlamlıq Təşkilatları üçün Ümumi Səlahiyyət Komissiyası)
JCIA, 1998-ci ildə, JCAHO-nun bir hissəsi olaraq quruldu. JCI-nin missiyası cəmiyyətdəki sağlamlıq xidmətlərinin keyfiyyətini artırmaq üçün səlahiyyət təmin etməkdir. JCAHO, 75 ildən çoxdur ki, keyfiyyətli sağlamlıq xidmətlərində liderdir və 20000-dən çox sağlamlıq quruluşunu qiymətləndirən müstəqil, gəlir məqsədi olmayan bir təşkilatdır.
Ümumi Komissiyanın Standartları
JCIA, sağlamlıq xidmətlərinin standarta əsaslanan qiymətləndirilməsi ilə əlaqədar olaraq artan tələbə cavab vermək məqsədilə ilk addımını atmışdır. JCIA-nın məqsədi obyektiv standart seriyalarını və beynəlxalq cəmiyyətlərdəki sağlamlıq təşkilatlarının proseslərini təyin etmək, davamlı və sabit inkişaf proqramları yaratmaq və yerli ehtiyacları nəzərə alaraq standartları müəyyən etməkdir.
Standartların fəlsəfəsi keyfiyyət idarə sisteminə və davamlı inkişaf prinsiplərinə əsaslanır. Standartlar bütün fəaliyyətlər üçün qoyulmuşdur və təşkilatın yerinə yetirməsi zəruri olan təməl standartları mövcuddur. Xəstənin təhlükəsizliyi və qulluğu üçün yüksək standartlar da mövcuddur. Səlahiyyətə, sağlamlıq təşkilatının yerləşdiyi ölkənin qanuni, dini və mədəni faktorları da daxildir.