MEMORIAL QONAQ EVİ
OTAQ NÖVLƏRİ
DİGƏR
Memorial Qonaq Evi
Memorial Qonaq Evi, qonaqlarını 5 ulduzlu mehmanxana komfortunda qəbul etmək üçün qurulmuşdur. Bu bina, İstanbul şəhərinin mərkəzində yerləşir və xəstələrin ailələri ya da ziyarətçilərinin və başqa şəhərlərdən gələn insanların qalması üçün xidmət göstərir. Bizim məqsədimiz mükəmməl bir xidmət göstərmək və sizi ''Memorial Xəstəxanası'' ilə tanış etməkdir.
Qonaq Evimiz Haqqında
Memorial xəstəxanası, Türkiyədə JSI-nin səlahiyyət verdiyi ilk sağlamlıq təşkilatıdır. Sizə belə bir təşkilatda xidmət göstərməkdən və 5 ulduzlu mehmanxana standartlarında, ev atmosferində, sakit, rahat və komfortlu bir yerdə sizə ev sahibliyi vəzifəsini göstərməkdən qürur duyuruq.
Qonaqlarımız Bizim Üçün Əhəmiyyətlidir
Qəbul mərkəzi işçilərimiz 24 saat 7 gün, ehtiyaclarınıza və ümidlərinizə cavab vermək, məsləhətlərinizi nəzərə almaq və sizi rahat hiss etdirmək üçün sizin xidmətinizdədirlər. Memorial Qonaq Evinin işçiləri ilə təmas qurmaq üçün sadəcə telefonunuzdakı (0) düyməsinə basmanız kifayətli olacaqdır.
Memorıal Qonaq Evində
Memorial Qonaq Evi, Perpa-nın (Avropadakı ən böyük iş mərkəzlərindən biri) yanında olan Memorial Xəstəxanası binasının içində yerləşir; bu bina, İstanbulun incəsənət, mədəniyyət və ticarət mərkəzi olan Taksim rayonundan 5km, şəhərin alışveriş və iş mərkəzlərindən 4 km, hava limanından 20 km uzaqda yerləşir. Memorial Qonaq Evi şəhərdə çox uyğun və rahat bir yerdə, şəhərdəki ana yollara yaxın şəkildə yerləşir. Memorial Qonaq Evi xəstəxana binasının içindədir, bu səbəblə qonaqlar 5 ulduzlu mehmanxananın komfortunu ev atmosferində hiss edə bilərlər; bu Türkiyədə bir ilkdir. Sizə ən yaxşı xidməti göstərmək üçün çox səy göstəririk.