Türk Hava Yolları Sağlamlıq Turizmini Dəstəkləyir

THY dünyada sürətlə böyüyən tibbi   turizm tortundan daha böyük payı ala bilmək üçün və ölkəmizin iqtisadiyyatına köməklik məqsədi ilə xarici ölkələrdən xəstə gətirən Tibbi Müəssisələr ilə iş birliyi proqramı hazırlamışdır.

Proqramda xaricdən ölkəmizə müalicə məqsədi ilə gələnlərə müxtəlif endirimlər və imkanlar təqdim edilməkdədir. Bu məqsədlə, Türk Hava Yolları, ilkin olaraq JCI (Joint Comission International) - beynəlxalq aqreditasiya quruluşu tərəfindən Türkiyədə aqreditə edilmiş Sağlamlıq Müəssisələrinin böyük bir hissəsi ilə iş birliyi müqaviləsi imzalamaqdadır.

Türk Hava Yolları, Türkiyənin tibbi turizm sahəsində dünyanın öndə gələn destinasiyaları sırasına girmək arzusundadır. Məsələn, Türkiyə, ABŞ- na nisbətən 75-90% daha avantajlı müalicə qiymətləri ilə , eyni zamanda JCİ tərəfindən aqreditə edilmiş 32 sağlamlıq müəssisəsi ilə dünyanın seçilən sağlamlıq mərkəzlərindən biri olmuşdur.

Bununla əlaqədar, ölkəmizə müalicə məqsədi ilə gələcək olan sərnişinlərimizə (xəstə və yaxınlarına) aşağıdakı endirim və ğüzəştlər təqdim olunmaqdadır:

  • ABŞ-dan Türkiyəyə olunacaq səyahətlərdə: First, biznes ve ekonomik sinfi sistem qiymətləri üzərindən 25%-ə qədər endirim olunmaqdadır. (1)
  • Digər ölkələrdən Türkiyəyə olunacaq səyahətlərdə: First, biznes ve ekonomik sinfi sistem qiymətləri üzərindən 20% endirim olunmaqdadır. (1,2)
  • Endirimli qiymətlərdən istifadə ediləcək səyahətlərdə 10 kq əlavə ödənişsiz baqaj daşımaq imkanı olacaqdır. (3)
  • Tibbi prosedurlar nəticəsində aviabilet bronlaşdırılmasında olunacaq dəyişikliklərdə rebooking cəzası ödənilməyəcəkdir. (4)
  • Xəstənin yanında səyahət edən 2 yaxını da eyni endirim və ğüzəştlərdən istifadə edə bilər.

Endirimlərin İstifadəsi:

Endirimlərdən isfadə etmək üçün biletalma əsnasında, Türk Hava Yollarının iş birliyi müqaviləsi imzalamış olduğu sağlamlıq müəssisələrindən təmin edilmiş ‘’ Xəstə Qəbul Yazısı’’ formunun təqdim edillməsi zəruridir (ABŞ-dan olunacaq səyahətlərdə ABŞ-dakı bir sağlamlıq müəssisəsindən yönləndirmə yazısı da qəbul olunur). Bu prosedur, əksi bəyan olunana qədər Türk Hava Yollarının Satış Ofislərində icra olunmaqdadır.

(1) Endirimlər digər endirimlərlə birləşdirilmir. Endirimlər xərəkli səyahətlərdə icra olunmur.

(2) Uçuşlar yalnız Türk Hava Yolları ilə icra edilen seferler olmalıdır. Başqa hava yollarının daxil olduğu uçuşlar endirimə tabe deyildir.

(3) Ödənişsiz bagaj daşıma haqqının saya görə müəyyənlənləşdirilmiş uçuşlarda (məsələn ABŞ-Türkiyə) ekonomik sinfində hər bir yerin çəkisi 23 kg-dır. Bu uçuşlarda ödənişsiz əlavə baqaj daşıma haqqı sadəcə ekonomik xidmət sinfində parça başına 23 kg. yerine 32 kg. olacaqdır. Digər xidmət siniflərində baqaj daşıma ilə əlaqədar heç bir dəyişiklik olunmayacaqdır.

(4) Eyni xidmət sinfində yer olmaması nəticəsində əmələ gələn qiymət fərqləri sərnişin tərafindən ödəniləcəkdir.