Xəstəxana Və Klinikalar
Suadiye Tibb Mərkəzi
Memorial Suadiye Tibb Mərkəzi, Asiya tərəfində yüksək keyfiyyətli sağlamlıq xidmətləri təmin etmək üçün qapılarını 2003-cü ildə açmışdır.
Memorial Suadiye Ayaqüstü Müalicə Klinikası, sağlam və daha yaxşı həyat üçün, sağlamlıq problemlərində sürətli, təsirli və davamlı həllər təmin etmək məqsədilə qurulmuşdur.
Memorial Suadiye Tibb Mərkəzinin Tibbi Departamentləri
Pediatriya, daxili müalicə, ginekologiya və obstetrik, urologiya, psixiatriya və klinik psixiatriya, nevrologiya, ümumi cərrahi, revmatologiya, ortopediya, qulaq-burun-boğaz, plastik və yeniləmə əməliyyatları, laboratoriya, radiologiya, kardiologiya, oftalmologiya və oftalmologiya cərrahisi, bəslənmə və pəhriz, diş xəstəlikləri, dermatologiya və check-up.
Memorial Suadiye Tibb Mərkəzini digər ayaqüstü klinikalardan ayıran ən vacib xüsusiyyət Diabet Mərkəzinin olmasıdır. Mütəxəssis heyəti ilə Diabet Mərkəzi digər tibbi departamentləri ilə birlikdə işləyir. Diabet və bununla əlaqədar ağırlaşmalar bu mərkəzdə tək müayinə ilə təyin edilə bilər və bu müayinə, həkimlə diabet xəstəsi arasında davamlı rabitəni təmin edir. Diabet Mərkəzinin məqsədi, diabet simptomlarını azaltmaq üçün sosial idrakı artırmaqdır.
Beynəlxalq Keyfiyyətdə Sağlamlıq Xidmətləri
Memorial Sağlamlıq Qrupunun Asiya tərəfindəki filialı olan Memorial Suadiye Tibb Mərkəzi, nüfuzlu bir təşkilatdır və beynəlxalq standartlarda yüksək keyfiyyətli sağlamlıq xidmətləri göstərir. Memorial Sağlamlıq Qrupu, Türkiyədə JCI-nin səlahiyyət verdiyi ilk sağlamlıq qrupudur və lazımi texnolojik cihazlarla tam şəkildə təchiz edilmişdir.
Bölümlərimiz
- Ortopediya
- Revmatologiya
- Ümumi cərrahi
- Urologiya
- Nevrologiya
- Plastik və yeniləmə cərrahisi
- Psixologiya / Psixiatriya
Bölümlərimizdən bəzilərinin çalışma saatları, təyin edilən görüşlərdən asılıdır. Lütfən gəlməkdən qabaq zəng vurun və görüş təyin edin.