Sümük iliyi transplantasiyası Mərkəzi (Kök hüceyrə transplantasiyası Mərkəzi)

Bölmə Haqqında

Bölmə haqqında

Orqan köçürülməsi (transplantasiyası) sahəsində beynəlxalq nüfuza malik olan Memorial Sağlamlıq Qrupu, bir çox sahədə Türkiyədə istinad mərkəzi olmaq fəaliyyət istiqamətinə uyğun olaraq Memorial Sümük İliyi Köçürülməsi üzrə Mərkəzdə xidmət göstərməkdədir. Bu mərkəz yalnız İstanbul və Türkiyədən deyil, dünyanın bir çox ölkəsindən gələn xəstələrin sümük iliyi köçürülməsinə ehtiyaclarını qarşılamağı məqsəd qoyan şöbəyə, müasir texnologiyanın təmin etdiyi bütün imkanlara malikdir.

Mərkəzdə sümük iliyi transplantasiyası üçün beynəlxalq standartların təmin edilməsindən əlavə, xəstələrə lazım olan bütün xidmətlərin göstərilməsi təmin edilir. Müalicə müddətlərini multidisiplinar quruluş daxilində reallaşdıran mərkəzdə Multipl Miyelom (plazma hüceyrələrinin pozuculuq etdiyi sümük iliyi xəstəliyi), limfoma (hematolojik limfa düyünü xərçəngi), kəskin leykoz (qan xərçəngi) və xroniki leykemiya (leykoz), aplastik anemiya kimi qan xəstəliyi olan şəxslərin sümük iliyi köçürülməsinə tələbatı ola bilər.

 

Sümük iliyinin köçürülməsi (kök hüceyrə köçürülməsi)

İnsan orqanizmində qan yaratmağa cavabdeh olan hüceyrələr sümük iliyindəki kök hüceyrələrdir. Bu son dərəcə xüsusi funksiyalara malik hüceyrələrin köçürülməsinə ümumi olaraq “sümük iliyi köçürülməsi” və ya “kök hüceyrə transplantasiyası” deyilir. Sümük iliyi köçürülməsi xəstənin öz kök hüceyrələrindən yerinə yetirilsə, buna “autoloq köçürülmə”, ailə üzvləri və ya qohumlardan olmayan toxuma uyğunluğu olan donorlardan alınsa, “allogenik köçürülmə” adı verilir. Sümük iliyi transplantasiyası zamanı köçürülən qan – kök hüceyrədir.

Kök hüceyrə əvvəlki illərdə sümük iliyindən birbaşa və əməliyyat otağı şəraitində xüsusi iynələrdən istifadə edilməklə yığılırdı. Bu gün isə bu üsuldan nadir hallarda istifadə olunur. Son illərdə daha çox xüsusi dərmanla kök hüceyrələrin sümük iliyindən qana keçmələri təmin edilməkdə və hüceyrələr “aferez” deyilən bir üsulla yığılır. Bu prosedura heç bir cərrahi müdaxilə tələb etmir. Sümük iliyinin transplantasiyası əməliyyatı da cərrahiyyə əməliyyata ehtiyac yaratmır. İlik damar yolu ilə xəstəyə tətbiq edilir, sümük iliyi hüceyrələri bioloji xüsusiyyətləri ilə sümük iliyini özləri tapıb yerləşir və qan yaratmağa başlayır. İlik köçürülməsinin əsl çətinliyi, iliyin yeni yerində funksiyalarını mənimsəmə zamanı xəstənin müşahidəsinin yaxşı aparılmasıdır. Bu kritik dövrdə qırmızı qan (eritrosit) və ağ qan (leykosit) hüceyrələri, laxtalanmaya xidmət edən trombositlər yarana bilməz. Buna görə də, bu dövr anemiya, infeksiya və qanaxma kimi ağırlaşmaların baş verə biləcəyi bir dövrdür. Bu dövrdə yarana biləcək infeksiyalar, qanaxma kimi arzuolunmaz vəziyyətlərin müalicəsi ilə iliyin qəbul edilməməsi və ya yeni iliyin səbəb olduğu xəstəliklərin qarşısını almaq baxımından əhəmiyyətlidir.

Sümük iliyinin köçürülməsinin uğurla həyata keçirilməsi texniki infrastruktur və mikroblardan izolyasiyasının çox yaxşı olması, reanimasiya kimi şöbələrin orqan köçürülməsi və əlavə təsirlərlə ortaya çıxa biləcək ağırlaşmalar zamanı lazımi müdaxiləyə cavab verə biləcək səviyyədə olması, fənlərarası uyğunlaşma, əməkdaşlıq və qrup təcrübəsi kimi şərtlərin bir yerə toplandığı halda mümkündür.

 

Kök hüceyrə transplantasiyasını şərtləndirən vəziyyətlər:

  • əsas və tez-tez baş verən Multipl Miyelom və limfoma kimi qan və limfa düyünü xəstəlikləri;
  • kəskin leykozlar, davametmə tezliyi az olan xroniki leykozlar;
  • yetərli qabiliyyətə malik olmayan, fəaliyyəti zəif olan sümük iliyinin yerinə sağlam kök hüceyrələrin transplantasiyası (sümük iliyi çatmazlığı, aplastik anemiya, yaşlılarda rast gəlinən bir növ sümük iliyi çatmazlığı olan MDS kimi xəstəliklər və oxşar vəziyyətlərdə).

 

Dünya standartları səviyyəsində mərkəz

Memorial Şişli Xəstəxanası Sümük İliyinin Köçürülməsi Şöbəsi, beynəlxalq JACIE meyarları nəzərə alınaraq yaradılan mərkəzdir. Şöbə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin “Kök hüceyrə köçürülməsi Əsasnaməsində yer alan bütün elementləri təmin etmiş olub, 2010-cu ilin sonunda qüvvəyə minən “İnsan toxuma və hüceyrələri ilə əlaqədar mərkəzlərin keyfiyyət və təhlükəsizliyi haqqında” Əsasnaməyə görə yoxlamadan keçirilərək açılan ilk sümük iliyi köçürülməsi mərkəzi xüsusiyyətinə malikdir. Xəstələrin infeksiyalardan qorunması üçün hazırlanmış hepafiltr sistemi ilə bütün otaqlarda ISO5 standart əməliyyat otağı şərtləri təmin edilir. Sistem orqan köçürülməsi xəstəxanası kimi planlaşdırılmış Memorial Şişli Xəstəxanası üçün inkişaf etdirilən mərkəzi nəzarət sistemi ilə 24 saat ərzində tam nəzarətdə saxlanılır.

 

İnsana üstünlük verən xidmət anlayışı

Memorial Şişli Xəstəxanasının Sümük İliyi Köçürülməsi üzrə Mərkəzinin yaradılması zamanı, ən əhəmiyyətli məsələ kimi “insan” amilinin əsas götürülməsidir. Müalicə üsullarından (kimyaterapiya, sümük iliyi köçürülməsi), qulluq və xidmət (gigiyena və kateter yoxlaması), xəstə və ailəsinə psixoloji dəstək tətbiq edilməsindən şöbə üçün ictimai fəaliyyətlərə qədər hər bir detal xəstələrin rahatlığı nəzərə alınaraq hazırlanıb. Xəstə otaqlarının (palataların) planlaşdırılmasında avadanlıqlarla lazımi qədər təminat və palatalarda havanın normal olması kimi rahatlıqla əlaqəli amillər nəzərə alınmışdır.

 

Sümük iliyinin köçürülməsi komanda işidir

Mərkəz yaradıldığı zaman sümük iliyi transplantasiyasında müalicəvi yanaşmanın bir çox fənləri maraqlandırdığı diqqətdən kənarda qalmayıb. Tibbin bütün sahələrinə əlavə olaraq, sosial dəstək qrupları və ekspert psixoloqlar da müalicə prosesinə öz töhfələrini verə biləcək infrastruktur yaratmışlar. Bu bölmədə xəstə müalicəsi və sümük iliyinin xəstəyə köçürülməsi daxil olmaqla bütün müalicələr aparılır. Xəstələrin əsas müalicəsi və qulluq xidmətləri təcrübəli sümük iliyi köçürülməsini təmin edən bir komanda tərəfindən həyata keçirilir. Xəstələrin şöbələrdə yatdıqları müddət xaricində, yatmazdan əvvəl və xəstəxanadan çıxdıqdan sonra yaxından müşahidəsi həkim və tibb personalı ilə yanaşı, ictimai və psixoloji dəstək qrupları tərəfindən də həyata keçirilir.

 

Bölmə Həkimləri