Qastroenterologiya
Bölmə Haqqında
Bölmə Haqqında
Bölməmiz texniki barədə ən inkişaf etmiş alətlərlə təchiz edilmişdir. Poliklinika xidmətindən əlavə olaraq, endoskopiya sahəsində də diaqnoz və müalicə məqsədli bütün qastroentrologiya xidmətləri verilməkdədir. Diaqnoz məqsədli üst mədə-bağırsaq sistemi üçün ezofaq-qastro-duodenoskopiya, öd yolları və mədə altı vəzisinin analizi üçün endoskopik retroqrad xolangio-pankreatoqrafiya, qalın bağırsaq analizi üçün də kolonoskopiya və rektosiqmoidoskopiya texnikaları həyata keçirilməkdədir. Diaqnoz üçün tətbiq edilən bir başqa metod da qara ciyər iynə biopsiyasıdır.
Müalicə məqsədli fəaliyyətlərimiz də olduqca müxtəlifdir. Ezofaqus (qida borusu), mədə və düz bağırsaqdakı özgə cisimlər endoskopiya köməyi ilə çıxardıla bilər. Ezofaqusun müxtəlif səbəblərlə əmələ gəlmiş darlıqları, xüsusilə də xoşxassəli şişlə əlaqədar fibrotik darlıqları buji və balon vasitəsilə genişləndirilməkdədir. Ezofaqusdakı bədxassəli şiş darlıqlarına “stent” tətbiqi ilə palliasiya təmin edilməkdədir. Xüsusilə də sirrozun bir ağırlaşması olaraq qarşımıza çıxan ezofaqus varikoz qanaxmalarında skleroterapiya və bağ liqasiyası tətbiq edilməkdədir.
Uzun müddətli enteral bəsləməyə ehtiyac duyan xəstələrə perkutan endoskopik qastrostomiya tətbiq edilərək bəslənmə təmin edilməkdədir. Bütün üst və alt mədə-bağırsaq sistemindəki müxtəlif səbəblərlə qanayan yerlərə müdaxilə edilib qanaxma dayandırılmaya çalışılmaqdadır. Çənbər bağırsağındakı poliplər polipektomiya ilə çıxarılmaqdadır. Biliar sistem və mədə altı vəzisi kanalındakı daşlar papillaya sfinkteromiya tətbiq edildikdən sonra balon və səbət köməyi ilə çıxarılmaqdadır. Biliar sistemin xüsusilə də bədxassəli şişə bağlı darlıqlarında stent tətbiqi ilə öd axımı təmin edilməkdədir.
Qastro-ezofageal reflyuks xəstəliyi nədir ?
Mədə tərkibinin (turşusunun) patolojik şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi ölkəmizdə də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir.
Səbəbləri nələrdir ?
Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktura turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi tez aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibi qida borusuna geri gəlir.
Diaqnozda hansı testlərdən istifadə edilir?
Doktorunuzun (qastroenteroloqunuzun), reflyuks diaqnozunu qoyarkən, simptomların həqiqətən də reflyuksdən əmələ gəlib gəlmədiyini, ağırlaşmaların inkişaf edib etmədiyini anlamaq üçün bir sıra testlərə ehtiyacı ola bilər.
Barium ezofaqus mədə-on iki barmaq bağırsaq qrafikası: Xəstə, barium içərkən, radioloqun, flyuoroskopiyada, bariumun aşağıya, qida borusuna və mədəyə səyahətini araşdırdığı bir testdir.
Qasroskopiya: Endoskop ucunda işıq olan elastik bir borucuqdur. Bu borucuğun ağızdan ezofaqusa və mədəyə doğru irəlilədilməsi ərzində qida borusu müşahidə edilə bilər. Xəstə yatışdırılaraq bu proses yerinə yetirilir.
Ezofaqus manometriyası və PH metr. Burundan çox incə elastik bir borucuq qida borusundan mədəyə göndərilərək buradakı təzyiqlər və yuxarı çıxan turşu miqdarı ölçülə bilər.
Ağırlaşmalar nələrdir ?
Əgər reflyuks müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Məsələn, qida borusunda darlıq, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (barrett ezofaqus) səbəb ola bilər. Sizə və doktorunuza xəbərdarlıq etməli olan simptomlar bunlardır;
- Udma çətinliyi (disfagiya)
- Qanaxma
- Boğulma hissi, öskürək, səs qısıqlığı
- Kilo azalması
Müalicənin məqsədi nədir ?
- Simptomları ortadan qaldırmaq.
- Qida borusundakı iltihabı (ezofagiti) müalicə etmək.
- Ezofagitin təkrar edilməsini və ya ağırlaşmalarının inkişafının qabağını almaq.
Bir çox xəstədə qastro-ezofageal reflyuks xəstəliyi xronik təkrarlayan bir xəstəlikdir. Müalicə ilə mədədən qida borusuna gələn turşu miqdarının azalması məqsədi qoyulur.
Qastro-ezofageal reflyuks necə müalicə olunur?
Bir çox xəstədən turşunun yuxarı gəlməsi, həyat tərzi dəyişiklikləri və dərmanlarla kontrol edilə bilər.
Həyat tərzi dəyişiklikləri nələrdir ?
Siqaret buraxılmalıdır. Çünki tütün, turşunu tənzimləyən qoruyucu mexanizmlərə zərər verir. Turşunun əmələ gəlməsinə təkan verərək və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.
- Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
- Alkoqol, şokolad, kafein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklər və pomidor kimi turşuyu artıran yeməklərdən qaçınılmalıdır.
- Arıqlamaq məsləhət görülür.
- Yatmaqdan ən az 3 saat qabaq yemək bitirilməlidir.
- Çarpayının baş ucunun qaldırılması gecə ərzində turşu reflyuskunun qabağını alacaqdır.
- Sıx kəmər və geyimlərdən istifadə edilməməlidir.
Tibbi dərmanlarla müalicə nədir ?
Qastro-ezofageal reflyuks xəstəliyinin orqanik bir səbəbi vardır. Ümumiyyətlə sadəcə həyat tərzi dəyişikliyi ilə qabağı alına bilməyən qastro-ezofageal reflyuks xəstəliyində tibbi müalicə çox əhəmiyyətli bir yer tutur. Tibbi müalicədə yer alan anti-turşu qrupu dərmanlar qida borusunu qoruyaraq və mədə turşuluğunu basdıraraq müalicəyə köməkçi olurlar. Doktorunuzun tövsiyəsi ilə alınır. Mədə turşusunu basdıran H2 blokerləri və proton nasos ingibitorları deyilən dərmanlar da doktorunuzun verdiyi dozalarda istifadə edilməlidir. Tibbi müalicə ilə xəstələrin çoxunda qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının qarşısı alına bilər. Bu dərmanların yanında qida borusundan mədəyə aşağı doğru keçidi asanlaşdıran “Prokinetik” dərmanlar da müalicədə yer alırlar.
Cərrahi bir müalicə variantı ola bilər mi?
Əgər tibbi müalicə ilə xəstələrin şikayəti keçmirsə və qanaxma. Barrett, darlıq kimi ağırlaşmalar varsa cərrahi texnikalardan faydalanmaq olar. Cərrahi texnikalar turşu reflyuksunun qarşısını alan qida borusu və mədə arasındakı təbii əngəlləri düzəldirlər.
Bölmə Həkimləri
Memorial İstanbul Şişli Xəstəxanası
Memorial İstanbul Ataşehir Xəstəxanası
Professor Dr. Ayşe SELİMOĞLUHəkim Qəbuluna Yazılmaq
Professor Dr. Sadakat ÖZDİLHəkim Qəbuluna Yazılmaq
Professor Dr. Sadakat ÖZDİLHəkim Qəbuluna Yazılmaq
Dosent Dr. Birol BAYSALHəkim Qəbuluna Yazılmaq
Dosent Dr. Genco GENÇDALHəkim Qəbuluna Yazılmaq
Dosent Dr. Züleyha AKKAN ÇETİNKAYAHəkim Qəbuluna Yazılmaq
Dr. Şule NAMLI KOÇHəkim Qəbuluna Yazılmaq
Memorial Ankara Xəstəxanası
Memorial Antaliya Xəstəxanası
Memorial Kayseri Xəstəxanası
Memorial Dicle Xəstəxanası
Digər Bölmələr
- Ağciyər Cərrahiyyəsi
- Ağır Çəkidən Müalicə Mərkəzi
- Ağrı terapiyası (Alqologiya)
- Akupunktur Mərkəzi
- Allergiya Xəstəlikləri
- Andrologiya
- Anesteziya və Reanimasiya
- Aviasiya Tibbi
- Ayaq Sağlamlığı Mərkəzi
- Bakteriyalogiya və Mikrobiologiya
- Baş Ağrısı Mərkəzi
- Baş Həkimlik
- Beyin Sağlığı Koruma Programı
- Beyin və Sinir Cərrahiyyəsi (Neyrocərrahiyyə)
- Biokimya Laboratoriyası
- Böyrək Nəqli Mərkəzi
- Checkup (Tibbi Müayinə)
- Damar Cərrahiyyəsi Reanimasiya Mərkəzi
- Daxili xəstəliklər
- Doğum və Ginekologiya Mərkəzi
- Döş qəfəsi (Ağciyər xəstəlikləri)
- Döş Sağlamlığı Mərkəzi
- Düzgün Gidalanma və Diyeta Mərkəzi
- Dəri - zöhrəvi xəstəlikləri (Dermatologiya)
- Elekta Versa HD SIGNATURE
- Endikrinologiya və Metabolizm xəstəlikləri
- Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə
- Evdə Tibbi Xidmət
- Fizioterapiya və Reabilitasiya
- Genetik Laboratoriya
- Genetik Xərçəng Xəstəlikləri Klinikası
- Ginekoloji onkologiya (Qadın xərçəngləri)
- Göz xəstəlikləri (Oftalmologiya)
- Hematologiya
- Kardiologiya
- Kimyaterapiya (Tibbi Onkologiya)
- Konsultasiya Psixiyatriyası
- Koronar Reanimasiya Mərkəzi
- Kosmetik Dermatologiya (Kosmetologiya)
- Mikrobiologiya Mərkəzi
- Nefroloqiya
- Neonatoloji Reanimasiya Mərkəzi
- Nevroloqiya
- Obscene Child Policlinic
- Onkologiya Mərkəzi
- Onkolojik Cerrahi Merkezi
- Orqan Nəqli (Transplantasiyası)
- Ortopediya və Travmatologiya
- Pediatrik Ağciyər Xəstəlikləri
- Pediatrik Cerrahiyyə
- Pediatrik Urologiya
- Pediatriya
- Perinatologiya (Yüksək riskli hamiləliklər)
- PET/CT
- Proktologiya Mərkəzi (Hemarroid və Anorektal xəstəlikləri bölməsi)
- Psixiatriya
- Psixoloqiya
- Qan Köçürmə Mərkəzi
- Qaraciyər Nəqli Mərkəzi
- Qastroenterologiya
- Qulaq, Burun və Boğaz Xəstəlikləri
- Radiologiya
- Radionuklid
- Radionuklid Müalicə Bölməsi
- Robotik Böbrek Nakli Merkezi
- Robotik Cərrahiyyə Mərkəzi
- Robotlaşdırılmış Reabilitasiya Mərkəzi
- Stomatologiya
- Sümük iliyi transplantasiyası Mərkəzi (Kök hüceyrə transplantasiyası Mərkəzi)
- Süni mayalanma (IVF) və hamiləlik mərkəzi
- Tibbi Onkologiya (Kimyaterapiya)
- Tomosynthesis
- Toxuma Tipi və İmmunologiya Laboratoriyası
- Triaj
- TrueBeam
- Təcili Tibbi Yardım
- Tənəffüs Müalicəsi Mərkəzi (Nəfəs Müalicəsi)
- Uroginekologiya (Qadın urologiya Mərkəzi)
- Urologiya
- Uşaq allergiyası
- Uşaq endikrinologiyası
- Uşaq Hematologiyası
- Uşaq İnfeksiya Xəstəlikləri
- Uşaq Kardiologiyası
- Uşaq mədə-bağırsaq xəstəlikləri
- Uşaq neyrologiyası
- Uşaq Onkologiyası
- Uşaq Sümük İliyi Nəqli Məntəqəsi
- Uşaq və yeniyetmə psixiatriyası (Uşaq psixiatriyası)
- Yara təhlili və Müalicə Mərkəzi
- Yoluxucu xəstəliklər və Klinik mikrobiologiya
- Yuxu Problemleri Müalicəsi Mərkəzi
- Ümumi Cərrahiyyə
- Ümumi Reanimasiya
- Ürək və nevrologiya mərkəzi (Neyromuskulyar xəstəliklər)
- Ürək-damar cərrahiyyəsi (KVC)
Xəstəxanalarımız
- Memorial İstanbul Şişli Xəstəxanası
- Memorial İstanbul Ataşehir Xəstəxanası
- Memorial Ankara Xəstəxanası
- Memorial Antaliya Xəstəxanası
- Memorial Kayseri Xəstəxanası
- Memorial Diyarbakır Xəstəxanası
- Memorial Dicle Xəstəxanası
- Memorial İstanbul Hizmet Xəstəxanası
- Medstar Antalya Xəstəxanası
- Medstar Topçular Xəstəxanası
- Memorial Wellness (Sağlamlıq Mərkəzi)
- İstanbul Etiler Tibb Mərkəzi
- Antaliya Lara Tibb Mərkəzi