Yükleniyor

İnkişaflar

XƏSTƏ VƏ IŞÇILƏRIMIZIN SAĞLAMLIĞI VƏ TƏHLÜKƏSIZLIYI ÜÇÜN

XƏSTƏ VƏ IŞÇILƏRIMIZIN SAĞLAMLIĞI VƏ TƏHLÜKƏSIZLIYI ÜÇÜN
1.05.2020 00:44:29

Xəstə və işçilərimizin sağlamlığı və təhlükəsizliyi üçün

Bütün dünyanı təsiri altına alan COVID-19 virusu səbəbindən xəstələrimizin, eləcə də onların yaxınları və işçilərimizin sağlamlığı və təhlükəsizliyi üçün müxtəlif tədbirlər görmüşük. Bir sağlıq müəssisəsi olaraq təcili yardım, ambulator xidmət, cərrahiyyə mərkəzləri və bütün digər şöbələrdə diaqnostika və müalicə xidmətləri göstərməyə davam edirik.

İnfeksiyaya Nəzarət Komitələrimizlə birlikdə, Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan təlimatlara uyğun olaraq həyata keçirdiyimiz aşağıda qeyd olunan tədbirləri anlayışla qarşıladığınız üçün sizə təşəkkür edirik.

  • Xəstəxanaya giriş qapılarının sayı məhdudlaşdırıldı. Girişlər üçün istiqamətlər müvafiq nöqtələrdə yerləşdirildi.
  • Xəstə ziyarətləri qadağan edildi. Reanimasiya və palliativ yardım şöbələrinə də ziyarətci alınmır.
  • Xəstələrimizin yanında sabit olaraq yalnız "bir" yaxını müşayiət edə biləcək. 18 yaşına çatmamış şəxslər müşayiətçi olaraq qəbul edilmir.
  • Ambulator xəstələrimizin də müşayiətçi sayı 1-ə endirildi.
  • Xəstəxananın girişində işçi və xəstələrimizin qızdırmasını ölçən tibb bacıları xidmət göstərir. Yüksək atəşi olan insanlar təyin olunmuş tibb sahələrə yönləndirilir.
  • Xəstəxananın girişində və qeydiyyat masalarında məlumat lövhələri yerləşdirilib.
  • Öskürək, qızdırma, nəfəs darlığı və xarici ölkələr ilə əlaqəsi olan, riskli və şübhəli hesab olunan xəstələri digər xəstələrimizlə təmasın qarşısını almaq məqsədi ilə xüsusi olaraq ayrılmış tibb bölgələrə izolyasiya olunmaq üzrə yönləndiririk.
  • "İnfeksion nəzarət qaydaları" çərçivəsində xəstələrin ilkin ayırımını həyata keçirəcək tibb işçilərinə xüsusi təlimlər verilir.
  • Ambulator Pediatriya şöbələrində sağlam və xəstə uşaq bölmələri ayrıldı.
  • Əməkdaşlarımız xəstələrimizlə sosial ünsiyyətdə 1 metrlik "qorunma məsafəsi" tətbiqinə riayət edirlər. Gözləmə yerlərindəki stullar və kreslolar mümkün qədər bir birindən uzaq yerləşdirilmişdir.
  • Yoluxma riskini minimuma endirmək üçün jurnal, qəzet, broşuralar, xəstəxanadakı menyular kimi bütün çap materialları infeksiya qaydalarının tələb olunduğu şəkildə toplanmışdır. Bundan əlavə, uşaq oyun meydançaları istifadəyə bağlıdır.
  • Xəstəxanalarımızda, infeksiya tədbirləri və gigiyena qaydaları çərçivəsində; Poliklinika, gözləmə zonaları, dəhlizlər, liftlər, tualet və ibadət yerləri kimi ərazilərin mütəmadi olaraq dezinfeksiya edilməsi təmin edilir.
  • Əl gigiyenası üçün ümumi yerlərdə əl sanitariya vasitələrinin sayısı artırıldı.
  • Bir təşkilat olaraq, ola biləck kriz riskinə qarşı hazırlıqlarımızı yüksək səviyyəyə qaldırdıq.
  • Bütün işçilərimizin sağlamlıq durumları yaxından izlənilir və işçilərimizə vaxtaşırı lazımi tədbirlər görmək barədə məlumat verilir.
  • Təmizləyici personalına infeksiyonistlər tərəfindən gigiyena qaydaları və təmizlik zamanı tək istifadəlik əlcək qaydasına əməl olunması barədə məlumat verildi. Buna görə; Otaqların interyerlərində və gözləmə bölgələrində mebel, televizor pultları, əlil arabası, kreslo, qapı, xalça və tekstil məhsulları kimi bütün ümumi avadanlıqların təmizlənməsi uyğun məhsullardan istifadə etməklə daha tez-tez aparılır.
  • Yemək xidmətləri göstərən bütün işçilərimizə gigiyena qaydaları barədə məlumat verildi. Buna görə; Yeməkxanalarımızda istifadə olunan bəzi ümumi materiallar çıxarıldı və lazım olanların dezinfeksiya edilməsi təmin edildi.
  • Təcili yardım maşınları, xidmətlər və minik avtomobilləri uyğun şirkətlər tərəfindən dezinfeksiya edilir.

Memorial Sağlamlıq Qrupu olaraq həyata keçirdiyimiz bütün tədbirlər ilə keyfiyyətli və təhlükəsiz tibbi xidmət göstərmək üçün hər zaman sizinləyik.

Sosial media hesabları
Canlı dəstək Asan randevu al