Bilgi Güvenliği Politikamız

Bu çərçivədə bütün tibbi diaqnoz, müayinə, müalicə və qulluq xidmətlərinin icra edilməsi üçün lazım olan və bu məqsədlə əldə edilən fərdi sağlamlıq məlumatları başda olmaqla başlıca ümumi və xüsusi əhəmiyyət daşıyan məlumatlar aşağıda göstərilmişdir.  

  • Adınız, soyadınız, T.R. şəxsi nömrəniz, türk vətəndaşı olmadığınız təqdirdə pasport nömrəniz və ya müvəqqəti T.R. şəxsi nömrəniz, doğum yeri və doğum tarixiniz, ailə vəziyyətiniz, cinsiniz haqqında məlumatlarınız və təqdim etdiyiniz T.R. şəxsiyyət vəsiqəsinin, yaxud şəxsiyyətnizi təsdiq edən sənədin foto surəti ;
  • Bank hesab nömrəniz, IBAN nömrəniz kimi maliyyə məlumatları ;
  • Şəxsi işinizdə təqib edilməsi məqsədi ilə təqdim etdiyiniz laboratoriya və görüntüləmə nəticələriniz, test nəticələriniz, müayinə məlumatlarınız, resept məlumatlarınız kimi tibbi diaqnoz, müalicə və qulluq xidmətlərinin icra edilməsi zamanı əldə edilən sağlamlıq və cinsi həyatınızla bağlı məlumatlar ;
  • Xidmətlərinizi dəyərləndirmək məqsədi ilə paylaşdığınız cavablar və sərhləriniz ;
  • Xəstəxanalarımızı ziyarət zamanı alınan qapalı kamera sistemi görüntü və səs qeydiyyatınız ;
  • Çağrı Mərkəzimiz ilə əlaqə saxladığınız təqdirdə tutulan səsli görüş qeydləriniz ;
  • Sağlamlıq xidmətlərinin maliyyələşdirilməsi və planlaşdırılması məqsədi ilə özəl sağlamlıq sığortası ilə əlaqədar məlumatlarınız və sosial təminat idarəsindəki məlumatlarınız ;
  • Avtopark və vale xidmətlərindən istifadə etdiyiniz təqdirdə avtomobilin dövlət nömrə nişanını təqdim edin ;
  • Web saytımız və mobil tətbiqetmələrimizin istifadə edilməsi zamanı əldə edilən naviqasiya məlumatları, IP ünvanı, skanedici məlumatlar və öz razılığınızla göndərdiyiniz tibbi sənədlər, anketlər, forma məlumatlarınız və hal hazırda mövcud olduğunuz yer haqqında məlumatlarınız ;

 

Yuxarıda sadalanan fərdi məlumatlarınızla xüsusi fərdi məlumatlarınız aşağıdakı məqsədlər üçün istifadə ediləcəkdir :

  • İctimai sağlamlığın qorunması, profilaktik həkimlik, tibbi diaqnozlar, müalicə və qulluq xidmətlərinin icra edilməsi ;
  • Müvafiq qanunvericiliyə əsasən Səhiyyə Nazirliyi və digər dövlət idarə və təşkilatları ilə tələb edilən məlumatların mübadiləsi ;
  • Qanuni və tənzimləyici ehtiyacların aradan qaldırılması ;
  • Pasientlərə xidmət, maliyyə işləri, marketinq şöbələri tərəfindən sağlamlıq xidmətlərinizin maliyyələşdirilməsi, müayinə, diaqnoz və mülicə xərclərinizin təmin edilməsi, qanuni çərçivədə göndərilən sorğularla özəl sığorta şirkətlərindən tələb edilən məlumatlar ;
  • Çağrı Mərkəzi və rəqəmsal kanallarımız vasitəsi ilə görüşünüz haqqında sizi məlumatlandırmaq ;
  • Pasientə xidmətlər, səhiyyə personallarımız və çağrı mərkəzinin şöbələri tərəfindən klinikanızın təsdiq edilməsi ;
  • Xəstəxananın idarə heyəti tərəfindən idarənin daxili fəaliyyətinin planlaşdırılması və idarə edilməsi ;
  • Keyfiyyət, pasientlərlə işləmə təcrübəsi, məlumat sistemləri şöbələri tərəfindən səhiyyə xidmətlərini təkmilləşdirmək məqsədi ilə analiz edilməsi ;
  • İnsan resursları və keyfiyyət şöbələri tərəfindən əməkdaşlarımıza təhsil verilməsi ;
  • Audit və məlumat sistemləri şöbələri tərəfindən sui - istifadə halları və səlahiyyətsiz olaraq prosedurların izlənilməsi və onlara mane olunması ;
  • Keyfiyyət, pasientlərlə işləmə təcrübəsi, məlumat sistemləri şöbələri tərəfindən riskin idarə edilməsi və keyfiyyəti təkmilləşdirmək üçün müvafiq fəaliyyətlərin icra edilməsi ;
  • Pasientlərə xidmət, maliyyə işləri, marketinq şöbələri tərəfindən xidmətlərimiz müqabilində qiymətləndirmənin həyata keçirilməsi ;
  • Pasientlərə xidmət, maliyyə işləri, marketinq şöbələri tərəfindən xəstəxanamızla razılaşmış olan idarələrlə əlaqənizin təsdiq edilməsi ;
  • Xəstəxananın idarə edilməsi, pasientlərlə işləmə təcrübəsi, pasientlərin hüquqları, çağrı mərkəzi şöbələri tərəfindən sağlamlıq xidmətlərimizlə əlaqədar istənilən sual və şikayətlərinizə cavab verilə bilməsi ;
  • Xəstəxananın idarə edilməsi, məlumat sistemləri şöbələri tərəfindən sistem və tətbiqetmələrin verilənlər bazasının təhlükəsizliyi çərçivəsində bütün lazım olan texniki və inzibati tədbirlərin görülməsi ;
  • Marketinq, media və rabitə çağrı mərkəzinin şöbələri tərəfindən kompaniyalarda iştirak və kompaniya məlumatlarının verilməsi, Web və mobil kanallarda özəl tərkiblərin konkret və mücərrəd faydaların dizayn edilməsi və çatdırıla bilməsi ;
  • Xəstəxananın idarə edilməsi, pasientin hüquqları, pasientlərlə iş təcrübəsi şöbələri tərəfindən pasient məmnuniyyətinin səviyyəsinin ölçüləməsi, artırılması və tədqiq edilməsi;
  • İdarənin əməkdaşlıq etdiyi təhsil idarələri tərəfindən təhsil və tədris fəaliyyətlərinin yerinə yetirilə bilməsi ;

Yuxarıda göstərilən « şəxsi cə xüsusi şəxsi məlumatlarınız » memorial və xarici xidmət təminatçılarının tərkibində fiziki və elektron arxivlərdə böyük bir dəqiqlik və qanunvericilik müddəalarına riayət edilərək qoruya bilinəcəkdir.

 

Şəxsi məlumatların ötürülməsi :

Şəxsi məlumatlarınız 3359 saylı Səhiyyə Xidmətləri Haqqında Əsas Qanun, 663 saylı Səhiyyə Nazirliyi və tabe təşkilatların təşkilat və vəzifələri haqqında qanun hökmündə olan qərar, 6698 saylı şəxsi məlumatların qorunması haqqında qanun, özəl xəstəxanalar təlimatı, şəxsi sağlamlıq məlumatlarının istifadə edilməsi və məxfiliyin qorunması təlimatı və Səhiyyə Nazirliyinin nizamlamaları və sair qanunvericiliyin müddəaları çərçivəsində və yuxarıda açıq edilən məqsədlərlə ;

 

  • Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan orqanlar və ailə həkimliyi mərkəzləri ;
  • Özəl sığorta şirkətləri ( səhiyyə sığortası, təqaüd sığortası, həyat sığortası və sair ) ;
  • Sosial Təminat İdarəsi ;
  • Baş Polis İdarəsi və digər hüquq - mühafizə orqanları ;
  • Baş qeydiyyat idarəsi ;
  • Türkiyə Əczaçılar İttifaqı ;
  • Ədliyyə orqanları ;
  • Tibbi diaqnoz və müalicə üçün əməkdaşlıq etdiyimiz ölkə daxilində və ya ölkə xaricində yerəşən laboratoriyalar, tibb mərkəzləri, ambulans, tibbi cihazlar və sağlamlıq xidmətləri göstərən idarələr ;
  • Pasientin göndərildiyi və ya pasientin özünün müraciət etdiyi səhiyyə təşkilatları ;
  • Səlahiyyət verdiyiniz qanuni nümayəndələriniz ;
  • İşləməkdə olduğumuz vəkillər, vergi konsultanları və auditorlar da daxil olmaqla konsultasiya olduğmuz üçüncü şəxslər ;
  • Tənzimləyici orqanlar, auditor idarələr və rəsmi instansiyalar ;
  • Ölkə daxilindəki və ölkə xaricindəki sistemlərə və / və ya xəstəxanamızın tabe olduğu şirkətlər ittifaqının tərkibindəki Türk Böyrək Vəqfi İstanbul Özəl Memorial Xəstəxanası Ahmet Ermiş Dializ Mərkəzi iqtisadi müəssisə, Memorial Teşhis ve Tedavi Hizmetleri A.Ş., Imh Sağlık Hizmetleri Temizlik Yönetim Danışmanlığı Güvenlik Sist. İnşaat San. ve Dış Ticaret A.Ş., Antalya Deva Özel Sağlık Hizmetleri A.Ş., Merkez Farma Ecza Deposu A.Ş ilə ;
  • İşə götürəniniz ilə ;
  • Xidmətlərindən istifadə etdiyimiz və əməkdaşlıq etdiyimiz tədarükçülərimiz, dəstək xidməti göstərənlərimiz, bizə arxiv xidməti göstərənlər və iş ortaqlarımız ( daha təfərrrüatlı məlumat əldə etmək üçün xəstəxanamıza yazılı olaraq müraciət edərək məlumat əldə edə bilərsiniz ) ;

 

Fərdi məlumatların toplanması üçün metod və hüquqi səbəb :

  • Fərdi məlumatlarınız yuxarıda göstərilən məqsədlər üçün və hər hansı bir şifahi, yazılı, vizual və ya elektron daşıyıcıda və Memorialın fəaliyyət sahəsinə daxil olan hər cür işi qanuni çərçivədə icra edə bilməsi və Memorialın qanuni çərçivədə əqdlərini və qanuni öhdəliklərini tam və lazım olan səviyyədə icra edə bilməsi üçün toplanır və istifadə edilir. Bu şəxslər məlumatlarınızın toplanmasının hüquqi səbəbidir :
  • 6698 saylı Fərdi Məlumatların Qorunması Haqqında Qanun ;
  • 3359 saylı Səhiyyə Xidmətləri Haqqında Əsas Qanun ;
  • Səhiyyə Nazirliyi və tabeliyində olan təşkilatların vəzifələri haqqında 663 sayılı qanun hökmündə olan qərar ;
  • Özəl Xəstəxanaların Təlimatı ;
  • Fərdi sağlamlıq məlumatlarının işlənməsi və məxfiliyin qorunması qaydaları ;
  • Səhiyyə Nazirliyinin qaydaları və sair qanunvericilik müddəalarıdır ;

Həmçinin qanunun 6 - cı maddəsinin 3 - cü bəndində göstərildiyi kimi sağlamlıq və cinsi həyatla əlaqədar olan fərdi məlumatlar isə yalnız ictimai sağlamlığın qorunması, profilaktik tədbirlər, tibbi diaqnoz, müalicə və qulluq xidmətlərinin icra edilməsi, sağlamlıq xidmətləri ilə maliyyələşdirmənin planlaşdırılması və idarə edilməsi məqsədi ilə sirr saxlama öhdəliyi olan şəxslər  və ya səlahiyyətli idarə və təşkilatlar tərəfindən həmin şəxsin açıq şəkildə razılığı olmadan istifadə edilə bilər.

 

Fərdi məlumatların qorunması ilə bağlı hüquqlarınız :

Qanunvericiliyə və müvafiq qanunlara əsasən ;

  • Fərdi məlumatların istifadə edilib edilməməsini öyrənmək ;
  • Fərdi məlumatların istifadə edilib edilməməsi haqqında məlumat tələb etmək ;
  • Fərdi sağlamlıq məlumatlarına giriş və bu məlumatları tələb etmək ;
  • Fərdi məlumatların istifadə məqsədini və bunların məqsədə uyğun istifadə edilib edilməməsini öyrənmək ;
  • Ölkə daxilində və ölkə xaricində fərdi məlumatların ötürüldüyü üçüncü şəxsləri tanımaq / onların kimliyini öyrənmək ;
  • Fərdi məlumatalar əksik və ya səhv olaraq qeyd edilmişdirsə onların düzəldilməsini tələb etmək ;
  • Fərdi məlumataların silinməsini və ya ləğv edilməsini tələb etmək ;
  • Fərdi məlumatalar əksik və ya səhv olaraq qeyd edilmişdirsə onların düzəldilməsini və / və ya fərdi məlumataların silinməsi və ya ləğv edilməsi ilə əlaqədar prosedurların fərdi məlumatların ötürüldüyü üçüncü şəxslərə bildirilməsini tələb etmək ; 
  • İstifadə edilən məlumatları yalnız avtomatlaşdırılmış sistemlər vasitəsilə təhlil edərək şəxsin özünə qarşı olan hər hansı bir nəticənin yaranmasına etiraz etmək ;
  • Fərdi məlumataların qanuna zidd olaraq istifadə edilməsi səbəbindən zərər görməsi təqdirdə, həmin zərərin aradan qaldırılmasını tələb etmək hüququna sahibsibiz ;

 

Məlumat təhlükəsizliyi və müraciət hüququ :

Şəxsi məlumatlarınız texniki və inzibati imkanlar daxilində dəqiqliklə qorunur və lazım olan təhlükəsizlik tədbirləri, texnoloji imkanlar da nəzərə alınaraq ehtimal olunan risklərə uyğun səviyyədə təmin edilir.

Qanun çərçivəsində tələblərinizi "www.memorial.com.tr web ünvanındakı « Şəxsi Məlumatların Qorunması Haqqında Qanuna Əsasən Müraciət Formasını »  dolduraraq ;

  • Burhaniye Mah, Nagehan Sokağı No:4/A D:1, 34676 Üsküdar/İstanbul ünvanına şəxsən təhvil verə bilər ;
  • Notarius vasitəsi ilə göndərə bilər ;
  • istanbulmemorial@hs02.kep.tr ünvanına təhlükəsiz şəkildə elektron yolla, yaxud da elektron imzalı olaraq, qeydiyyatda olan elektron poçt ünvanı və ya sistemimizdə qeydiyyatda olan elektron e - poçt ünvanınız vasitəsi ilə göndərə bilərsiniz ;

 

 

“Kişisel Verilerin İşlenmesi Hakkında Açık Rıza Formu”
Sosial media hesabları
Asan randevu al