Yükleniyor

İnkişaflar

MEMORIAL Beynəlxalq Rəsm Müsabiqəsi üçün qeydiyyat başladı

İnkişaflar
21.03.2024 12:07:33

İncəsənətin pozitiv və şəfa verici gücünə inanan, incəsənəti bəzi müalicə prosedurlarına integrasiya edən Memorial Sağlıq Qrupu, 2006cı ildən bəri davamlı olaraq təşkil etdiyi Beynəlxalq Rəsm Müsabiqədini bu il 19cu dəfə təşkil edir. Bütün dünya uşaqlarının qatılımına açıq olaraq hər il fərqli mövzularda həyata keçirilən müsabiqənin bu ilki mövzusu "İdmanı Sevirəm".

Uşaqlar təxəyyülünü sevdikləri idman növü ilə birləşdirir. "İdmanı Sevirəm" mövzusunda olan rəsm müsabiqəsi bu il uşaqların yaradıcılığını hərəkətə keçirmək ilə yanaşı, idmana və incəsənətə olan həssaslığı artırmağı, gələcək idmançıların və incəsənət adamlarının yetişməsinə pozitif güc olmağı qarşısına məqsəd qoyub.

Uşaqların zehni inkişafında önəmli bir rolu olan rəsm sənətini şagirdlərə sevdirmək və gələcəyin incəsənət adamlarının yetişdirilməsinə kömək etmək məqsədilə.

Həyata keçirilən müsabiqə məktəbəqədər, ibtidai və orta sinif şagirdləri olmaqla üç ayrı kategoriyada hazırlanır. Müsabiqəyə 35cm x 50cm rəsm kağızı üzərinə pastel boya ilə çəkilən işlər ilə 3 May 2024 tarixin qədər qatıla bilərsiniz.

Uşaqların şəkilləri 1 il müddətində xəstəxanada sərgilənəcək.

Uşaqların motivasiyasını artırmaq və təxəyyülünü sərgiləməsinə imkan yaratmaq məqsədilə həyata keçirilən müsabiqədə dərəcəyə girən orijinal əsərlər 1 il müddətində Memorial Bahçelievler Xəatəxanasında sərgilənmək imkanına sahib olacaq. Müsabiqə ilə əlaqədar daha ətraflı məlumatı www.memorial.com.tr web saytından ala bilərsiniz.

Müsabiqəyə qatılmaq üçün şərtlər

1. Mesabiqə məktəbəqədər, ibtidai və orta sinif olmaqla üç ayrı kategoriyada keçiriləcəkdir.

2. Rəsmlər 35 cm x 50cm ölçülü rəsm kağızına, pastel boya ilə çəkiləcəkdir.

3. Rəsmlərin sağ arxa küncünə iştirakçının  adı, soyadı və telefonu yazılmalıdır. Hər iştirakçını  yanlızca bir dəfə müsabiqəyə qatılma haqqı vardır.

4. Müsabiqəyə qatılan rəsmlər əsər sahiblərinə qaytarılmayacaqdır. Sadəcə dərəcəyə girən əsərlər 1 il müddətində tələb edilərsə əsər sahibinə geri qaytarıla bilər.

5. İştirakçılar rəsmlərini 3 May cümə gününə qədər [email protected] adresinə göndərə bilərlər.

6. Qazananlar 13 May bazar ertəsi www.memorial.com.tr'dən elan ediləcək.

Hədiyyələr

Birinci: Velosiped

İkinci: Vestel V Tab Z1 A 64GB 10.1'' IPS Tablet

Üçüncü: Vestel Ağıllı Yuxu İşığı

Dördüncü: Vestel V23 Minidots Beyaz Kulakiçi Kulaklık

Mansiyon: Akademi Çocuk Dəsti

Sosial media hesabları
Canlı dəstək Asan randevu al